'Mançester Siti' UEFA-nın Məhkəmə Palatası İnstansiyasına verilib
İngiltərənin "Mançester Siti" klubu maliyyə feyr-pleyinin pozulması ittihamı ilə Klublara Maliyyə Nəzarəti üzrə UEFA-nın Məhkəmə Palatası İnstansiyasına (CFCB) verilib.
"Report" xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, CFCB-nin qərarı elan olunana qədər UEFA hər hansı açıqlama verməyəcək.
Qeyd edək ki, İngiltərə təmsilçisi 2014-cü ildə maliyyə feyr-pleyinin pozulması barədə qaldırılmış iş üzrə və sponsorluq müqavilələrin həcmi barədə doğru olmayan informasiya verməkdə şübhəli bilinir. Həmin vaxt "şəhərlilər" 49 milyon funt-sterlinq (təqribən 63 milyon dollar) məbləğində cərimə olunmuşdu. Klub isə bütün ittihamları rədd edib. Qeyd edək ki, "Mançester Siti" 2018-2019 mövsümündə İngiltərə çempionu olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət