Slimfit
  1. İDMAN

'Mançester Siti' Çempionlar Liqasından kənarlaşdırıla bilər

'Mançester Siti' Çempionlar Liqasından kənarlaşdırıla bilər
Sakura

'Mançester Siti' Çempionlar Liqasından kənarlaşdırıla bilər

İngiltərənin "Mançester Siti" klubu Çempionlar Liqasından kənarlaşdırıla bilər.

"Report"un "The Guardian" nəşrinə istinadən verdiyi məlumata görə, buna səbəb klubun maliyyə "Fair Play" qaydalarını pozması göstərilir.

Mançester təmsilçisinin 2014-cü ildə sponsorluq müqavilələrindən əldə etdiyi gəlirlər haqqındada səhv məlumat verdiyi iddia olunur. Həmin vaxt klub maliyyə "Fair Play" qaydalarını pozduğu üçün 49 milyon funt-sterlinq məbləğində cərimələnib. 

Xüsusilə, klub sahibləri təqribən 180 milyon avro, maliyyə "Fair Play" qaydalarına görə isə 45 milyon avro məbləğində vəsait itkisini ört-basdır ediblər. Sponsorluq müqavilələrin bir hissəsi "şəhərlilər"in sahibi Şeyx Mansurla əlaqəli şirkətlərlə imzalanıb. Bundan əlavə, 2012 və 2013-cü illər üçün bank hesablarına daxilolmalar barədə arayış təqdim edilməyib.

İngiltərə təmsilçisi ilə sövdələşmə bitdikdən bir müddət sonra maliyyə "Fair Play" qaydalarından məsul olan UEFA işçilərindən biri istefa verib.

Ötən il dəfələrlə "Mançester Siti" klubuna ciddi sanksiyaların tətbiq olunacağı ilə bağlı xəbərlər yazılsa da, bu günə qədər son qərar açıqlanmayb.

Qeyd edək ki, "Mançester Siti" Çempionlar Liqasının 1/8 finalında İspaniyanın "Real Madrid"lə qarşılaşacaq. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami adına Ədəbiyyat Muzeyinin binasının pəncərəsində Əfzələddin Xaqani rəsmi

Redaktor seçimi

SON XƏBƏRLƏR