Slimfit
  1. CƏMİYYƏT

“Manatlıq taksi”lərin zəbt etdiyi avtobus dayanacaqları

“Manatlıq taksi”lərin zəbt etdiyi avtobus dayanacaqları
Sakura

“Manatlıq taksi”lərin zəbt etdiyi avtobus dayanacaqları

Bura paytaxtın Moskva prospektində, “20 Yanvar” metrostansiyasının yaxınlığında yerləşən avtobus dayanacağıdır. Bəli, taksi yox, məhz avtobus dayanacağı. Ancaq dayanacaq Bakının ictimai nəqliyyat sisteminin bir parçasına çevrilmiş və əsasən ətraf qəsəbələrə sərnişin daşıyan “manatlıq taksilər” tərəfindən zəbt edilib.

Nizamsız, qaydalara riayət edilmədən və qanunsuz olaraq avtomobili saxlayaraq yüksək səslə “Masazır”, “Xırdalan” və s. qışqıran sürücülərə görə, avtobuslar bir çox hallarda dayanacağa daxil ola bilmir, elə əsas yolda sərnişinləri düşürüb-mindirməyə məcbur olurlar. Bu hal yolda tıxac yaranmasına, həm avtobus sürücüləri, həm də sərnişinlər üçün təhlükəli hala səbəb olur.

Report”a danışan avtobus sürücüləri bildirirlər ki, bununla bağlı dəfələrlə müvafiq qurumlara müraciət etsələr də, nəticəsi olmayıb.

Sərnişinlər də bu durumdan razı deyil və dayanacaqlardakı belə vəziyyətdən narahatlıq keçirdiklərini bildirirlər.

Taksi sürücüləri isə deyirlər ki, burada dayanmağın qanunsuz olduğunun fərqindədirlər, ancaq ayrıca taksi dayanacağı olmadığı üçün buna məcburdurlar.

Qeyd edək ki, analoji vəziyyət təkcə “20 Yanvar”da deyil, “Əcəmi”, “Koroğlu” metrostansiyalarının ətrafında da mövcuddur.

Sərnişinlər bildirirlər ki, manatlıq taksilərə belə tələbatın yaranması ətraf qəsəbələrə marşrut avtobuslarının sayının az olması, daimi sıxlıq və bəzən, ümumiyyətlə, avtobusa minməyin mümkünsüz olması ilə bağlıdır.

Problemin həlli üçün isə, ilk növbədə, Bakıətrafı qəsəbələrə sərnişindaşımanı həyata keçirən avtobusların sayı artırılmalıdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu gün pələnglərin ən məşhur müdafiəçilərindən biri məşhur Hollivud ulduzu Loenardo Di Kapriodur. O Rusiyaya gələrək, Amur pələnglərin müdafiəsi üçün 1 milyon dollar bağışlayıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR