Slimfit
  1. AZƏRBAYCAN

Manatın taleyi ilə bağlı ekspertdən PROQNOZ – “İlin sonuna kimi…”

Manatın taleyi ilə bağlı ekspertdən PROQNOZ – “İlin sonuna kimi…”
Sakura

Manatın taleyi ilə bağlı ekspertdən PROQNOZ – “İlin sonuna kimi…”

Son zamanlar türk lirəsinin dollara qarşı kəskin ucuzlaşması sanki, regionda yoluxucu xəstəlik tək yayıldı. Bu estafetə rus rublu və gürcü larisi də qoşuldu. İrana isə tətbiq olunan saksiyalardan hər kəs xəbərdardır. Ölkə nəft və öz daxili sənayəsi hesabına ayaqda durmağa çalışır. Ermənistanın isə günü-gündən dəyər itirən dramından isə danışmağa dəyməz. Sözün hər iki mənasında bu bir “dram”dır.

Regionda baş verən bu iqtisadı proseslər milli valyutamızı necə təsir göstərəcəkmi? Devalvasiya gözlənilirmi? Manat bütün bu proseslərə nə qədər davam gətirə biləcək?

Bütün bu sualları aydınlıq gətirmək üçün iqtisadçı-ekpert Natiq Cəfərliyə ünvanladıq.

N.Cəfərli Minval.info-ya açıqlamasında bildirdi ki, Azərbaycan manatına təsir edən ən böyük amil neftin qiymətləridir:

“Təbii ki, qonşu dövlətlərdə baş verən proseslər, valyutalarının ucuzlaşması bizim milli valyutamızı ciddi psixoloji təsir göstərir. Qonşu dövlətlərdə valyutanın ucuzlaşması ticarət balansına da ciddi təsir göstərəcək. Belə ki, valyutası ucuzlaşmış dövlətdən ölkəmizə daxil olacaq məhsulların sayı atacaq. Bu da ölkədən valyutanın çıxmasına səbəb olacaq. Ölkədən valyutanın çox çıxması manata müəyyən qədər təsir göstərə bilər. Ancaq qeyd etdiyim kimi manatın əsas dəyəri neftin qiyməti ilə bağlıdır. Nəzərə alaq ki, ölkəmizdə birja yoxdur, məzənnəni müəyyən edəcək iqtisadi institutlar yoxdu. Bu proseslərin hamısı inzibati qaydada tənmizlənir. Qonşu dövlətlərdə baş verən hadisələr ola bilsin ki, bir müddət sonra ölkəmizdə də öz təsirini göstərə bilər. Kəskin devalvasiya olacağını düşünmürəm. Lakin ilin sonuna kimi manatın 10-15% dəyər itirməsi mümkündür. Manatın bundan artıq ucuzlaşmasına iqtisadi parametrlər imkan verməyəcək.”

Qeyd edək ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti bu gün 0,33 dollar ucuzlaşaraq 73,75 dollar təşkil edib.

 

Mənbə: Azerinfo.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu gün pələnglərin ən məşhur müdafiəçilərindən biri məşhur Hollivud ulduzu Loenardo Di Kapriodur. O Rusiyaya gələrək, Amur pələnglərin müdafiəsi üçün 1 milyon dollar bağışlayıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR