Slimfit
  1. İQTİSADİYYAT

Manatı ucuzlaşmağa qoymayan səbəb açıqlandı

Manatı ucuzlaşmağa qoymayan səbəb açıqlandı
Sakura

2018-ci ilin yanvar-iyun ayları üzrə tədiyyə balansının ümumi profisiti 1,7 milyard dollar təşkil edib

2018-ci ilin yanvar-iyun ayları üzrə tədiyyə balansının ümumi profisiti 1,7 milyard dollar təşkil edib. 

Oxu.Az xəbər verir ki, bu barədə məlumat Mərkəzi Bankın 2018-ci ilin yanvar-iyun ayları üçün Azərbaycan Respublikası Tədiyyə balansı hesabatında yer alıb.

Bildirilir ki, bu, həm neftin qiymətinin 40% bahalaşması, həm də cari əməliyyatlar balansında (CƏB) yaranan müsbət tendensiyalar hesabına baş verib. 

Hesabata əsasən, cari əməliyyatlar balansında 3,5 milyard dollarlıq profisit yaranıb, qeyri-neft sektoru üzrə CƏB-in kəsiri isə ötən ilin müvafiq dövrünə nəzərən 25,7% (564 milyon dollar) artaraq, 2,8 milyard dollar olub:

“2018-ci ilin yanvar-iyun aylarında cari əməliyyatlar hesabında 3,5 milyard dollar məbləğində profisit yaranıb. O cümlədən, neft-qaz sektoru üzrə profisit 6,3 milyard dollar məbləğində olub. Qeyri-neft sektoru üzrə CƏB kəsiri ötən ilin müvafiq dövrünə nisbətən 25.7% (564 milyon dollar), neft-qaz sektoru üzrə CƏB profisiti isə 2,1 dəfə (3,3 milyard dollar) artıb. Neft-qaz sektorunun 6,3 milyard dollarlıq profisiti qeyri-neft sektoru üzrə cari hesabın 2,8 milyard dollarlıq məbləğində kəsirini tam örtüb”.

AMB-nin məlumatına görə, hesabat dövründə cari əməliyyatlar hesabına müsbət təsir edən amillər bunlar olub: xarici ticarət profisitinin 1,4 dəfə artımı; qeyri-neft ixracının 14,1% artımı; neft-qaz sektorunun 42,3% artımı; xidmətlər üzrə kəsirin 2,1 dəfə azalması və s.

Qeyd edək ki, tədiyyə balansının profisitli olması şəraitində valyuta bazarında tarazlıq təmin edilir və manatın məzənnəsi stabil qalır. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan qadınları, Şuşa, Qarabağ, 1920

Redaktor seçimi

SON XƏBƏRLƏR