Maltanın idman şurasının sədri: "Yığmadan baxımlı oyun görmək istəyirəm”
“Mən ölkədəki futboldan həzz almaq istəyirəmsə, uşaq futboluna baxmalıyam”.
“Report” xəbər verir ki, bunu Maltanın İdman Şurasının sədri Lusiano Busuttil “Facebook” hesabından etdiyi paylaşımda bildirib.
O, Malta yığmasının Azərbaycana qarşı keçirdiyi oyundan razı qalmadığını və komandanın yaxşı oyun göstərmədiyini yazıb: “Farer adalarına məğlubiyyətə qarşı reaksiyamız belə olmalı idi? Məgər yığmanın oyunundan razı qalmayan tək insan mənəm? 90 dəqiqə ərzində yaxşı oyun görmədiyim üçün narazı qaldım. 0:6 hesabı ilə məğlub olmaq istəmirəm, ancaq yığma komandadan baxımlı oyun görmək istəyirəm”.
Qeyd edək ki, UEFA Millətlər Liqasının II turunda keçirilən Malta – Azərbaycan oyununda qalib müəyyənləşməyib - 1:1. Meydan sahibləri ikinci hissədə vaxtı uzatmaq üçün müxtəlif vasitələrə əl atıblar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət