Slimfit
  1. CƏMİYYƏT

Malları yanan sahibkarlar: Sığorta şirkətləri obyektlərimizi sığortalamır

Malları yanan sahibkarlar: Sığorta şirkətləri obyektlərimizi sığortalamır
Sakura

Malları yanan sahibkarlar: Sığorta şirkətləri obyektlərimizi sığortalamır

Ötən gün paytaxtın Binəqədi rayonunda yerləşən “EuroHome” tikinti materialları bazarında yenidən yanğın baş verib. 

Yeniavaz.com xəbər verir ki, ərazisi təxmini 22500 kv.m-ə yaxın olan bazarın 3300 kv.m hissəsi yanıb. 

 Yanğın xüsusilə taxta, dik, boya, xırdavat materiallar satılan mağazaları əhatə edib.

Mağaza sahiblərinin verdiyi məlumata görə, üçüncü sırada yerləşən təxminən 10-a yaxın mağaza yanaraq kül olub, mallarının böyük hissəsi yararsız hala düşüb. 

Malları yanan mağaza sahibləri bildirir ki, bazara heç bir sığorta şirkəti girmədiyi üçün obyektləri sığortalanmayıb.

Sığorta şirkətlərinin böyük bazarları niyə sığortalamaq istəmədiyini həm mağaza sahibi, həm də jurnalist qismində öyrənməyə çalışdıq. Bəzi sığorta şirkətlərindən bildirildi ki, sığorta olunmazdan əvvəl obyekt və bazarların risk qrupuna daxil olub-olmadığı araşdırılır. “EuroHome” bazarı ilə bağlı isə qeyd olundu ki, yanğınların səbəbi bilinmədiyi üçün şirkətlər sığorta etmək istəmir.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məcburi köçə məruz qalan Bolqar Türklərinin qatardan çıxış anı 1989-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR