Dərc edildi: Baxış sayı: 713
Maliyyə sektoruna sərmayə qoyuluşu azalıb
Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda maliyyə və sığorta fəaliyyəti ilə əlaqədar sahələrə 700 min manat həcmində sərmayə qoyulub.
Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu fəaliyyətlə bağlı sərmayələrin həcmi 28,6% azalıb.
Məlumata əsasən, ölkə iqtisadiyyatına cəmi sərmayə qoyuluşunda bu kateqoriyaya sərmayələrin xüsusi çəkisi 0,04 %-dəkdir.
Qeyd edək ki, 2020-ci ilin yanvar-fevral aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 1 965,2 mln. manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,7% çox vəsait yönəldilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət