Maliyyə Nazirliyi: Son 10 ildə Azərbaycanın büdcəsi 2 dəfədən çox böyüyüb
Maliyyə Nazirliyi son 10 ildə Azərbaycanın dövlət büdcəsinin gəlir və xərclərinin artım tempi barədə məlumat yayıb.
“Report” Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, 2009-cu il ilə müqayisədə 2019-cu ildə dövlət büdcəsinin gəlirləri 2,2 dəfə və ya 12 mlrd. 842,1 mln. manat artaraq 23 mlrd. 168 mln. manata yüksələcək.
Hesabat dövründə qeyri-neft gəlirləri 2,6 dəfə artıb. Belə ki, əgər 2009-cu ildə qeyri neft gəlirləri 3 mlrd. 624 mln. manat olubsa, 2019-cu ildə qeyri-neft gəlirləri 9 mlrd. 467,7 mln. manat proqnozlaşdırılır.
Xərclərə gəlincə, müqayisə olunan dövrdə bu göstərici 2,4 dəfə artacağı gözlənilir. Çünki, 2009-cu ildə xərclər 10 mlrd. 503,8 mln. manat təşkil edibsə, bu il bu göstəricinin 25 mlrd. 190 mln. manat olacağı gözlənilir. Sosial yönümlü xərclərin də 2,2 dəfə artacağı gözlənilir. Belə ki, 2009-cu ildə sosialyönümlü xərclər 3 mlrd. 584,2 mln. manat olub. Cari ildə isə sosialyönümlü xərclər 7 mlrd. 917,8 mln. manat səviyyəsində proqnozlaşdırılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət