Slimfit
  1. İQTİSADİYYAT

Maliyyə Nazirliyi bu qurumlara xəbərdarlıq etdi

Maliyyə Nazirliyi bu qurumlara xəbərdarlıq etdi
Sakura

Maliyyə Nazirliyi bu qurumlara xəbərdarlıq etdi

İllik maliyyə hesabatlarını təqdim etməyən qeyri-hökumət təşkilatları (QHT) cərimələnə bilər.

Ens.az Redaktor.az-a istinadən xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən bildirilib. Qeyd edilib ki, qanuna əsasən QHT-lər illik maliyyə hesabatını hər il aprel ayının 1-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidirlər. Maliyyə Nazirliyi tərəfindən qeyri-hökumət təşkilatlarından illik maliyyə hesabatlarının elektron alınması məqsədilə Qeyri-hökumət təşkilatlarının elektron hesabatlılıq Proqramı hazırlanıb. QHT-lər www.qht-hesabat.maliyye.gov.az saytı vasitəsilə qeydiyyatdan keçərək elektron qaydada hesabatlarınız təqdim edə bilərlər.

Vurğulanıb ki, maliyyə hesabatlarının təqdim edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 462-ci maddəsi ilə inzibati tənbeh nəzərdə tutulmub. Başqa sözlə, vəzifəli şəxslər 300 manatdan 400 manatadək, hüquqi şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə edilə bilər.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sinqapurda Gardens by the bağındakı böyük süni ağaclar. Onlar təkcə gözəllik üçün deyil, həmçinin üzərində quraşdırılmış günəş batareyaları sayəsində enerji toplayırlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR