Slimfit
  1. İQTİSADİYYAT

Maliyyə bazarlarını əhatə edən 8 maraqlı bazar termini!

Maliyyə bazarlarını əhatə edən 8 maraqlı bazar termini!
Sakura

Maliyyə bazarlarını əhatə edən 8 maraqlı bazar termini!

İndiyə qədər çox maliyyə sahəsinə aid müsahibələrdə olmuşam, ona görə də bu  gün bank müsahibələrində məndən ən çox soruşulan  terminləri sizlər üçün topladım. Banco.az komandasının köməyi ilə maliyyə bazarlarına aid bir-birindən maraqlı 8 termini sizlərə çatdırıram. Xatırladım ki, maliyyə bazarları, maliyyə sahəsinin ən gəlirli və rahat sahəsidir. Ona görə də nə qədər bu sahədə çox bilgi, o qədər iş imkanı deməkdir.

1) Şirkətlərin listinqi - Səhmləri hərraca çıxarılan şirkətlərə verilən addır.

2) Şərti öhdəlik - Şirkətin keçmişdəki fəaliyyəti ilə əlaqədar olan, lakin gələcəkdə müəy yən hadisələrin baş verməsi və ya baş verməməsindən (mə sələn, məhkəmə qərarlarının nəticələrindən) asılı olaraq, yaranması ehtimal olunan öhdəliyi.

3) Svop - Faiz dərəcəsi və ya valyuta riskini aradan qaldırmaq üçün iki tərəf mü qabili arasında pul axınının mübadiləsi. Misal üçün bir şirkətin xərcləri avro, gəlirləri isə ABŞ dolları ilə, digər şirkətin isə xərcləri ABŞ dolları,  gəlirləri isə avro ilə olduqda bu şirkətlər pul axınlarını mübadilə etməklə özlərini effektiv şəkildə valyuta riskinə qarşı qorumuş olurlar. (valyuta svopları) İki tərəf müqabili sabit və üzən faiz dərəcələrini mübadilə etdikdə isə özlərini faiz dərəcəsi riskinə qarşı qorumuş olurlar. (faiz dərəcəsi svopları).

4) Sərbəst üzən valyuta məzənnəsi - Sərbəst bazarda valyutaya olan tələb və təklifə əsasən təyin edilən üzən valyuta məzənnəsinin bir formasıdır. Bu formada Mərkəzi Bankın müdaxilələri mümkündür, lakin bu müdaxilələr çox nadir hallarda baş verir və qeyri-müntəzəmdir. Bu, əsasən, məzənnənin kəskin aşağı düşməsini sığortalamaq məqsədi daşıyır. 

5) Səhmdar kapitalı -  Müəssisənin balansında müəssisənin sahibləri tərəfindən yatırılan məbləğlə bölüşdürülməmiş mənfəət məbləğinin cəmidir.

6) REPO sazişi (əqdi) - Qiymətli kağızların satıcısının (emitentinin) müəyyən olunmuş müddətdə və müəyyən olunmuş qiymətdə həmin qiymətli kağızları geri alacağı barədə öhdəliyi əks edən saziş (əqd).

7)  Portfel investisiya - Divident və faizdən və kapitalın artımından gəlir əldə edilməsi məqsədilə qiymətli kağızlara, o cümlədən səhmlərə, istiqrazlara, veksellərə, xəzinə bonlarına, köçürmə depozit sertifikatlarına, bank akseptlərinə və s.-yə yatırılan investisiya. Birbaşa investisiyalardan (real aktivlərə və digər müəssisə üzərində idarə etməni əldə etmək və almaq üçün qiymətli kağızlara yatırılan investisiyalardan) fərqli olaraq portfel investisiya qoyuluşlarının əsas məqsədi passiv gəlir əldə etməkdir. Fond bazarının inkişaf etdiyi ölkələrdə ümumi investisiyaların böyük hissəsi portfel investisiyaların payına düşür. 

8) Ofşor fond - Ofşor zonada (məs., Kayman Adaları) qeydiyyatdan keçmiş investisiya fondu. Ofşor zonalarda tənzimləmə və vergi səviyyəsi daha aşağı olduğu üçün fondları özlərinə cəlb edə bilir.

 

Mənbə: Banco.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Italiya

Redaktor seçimi

SON XƏBƏRLƏR