Slimfit
  1. İQTİSADİYYAT

Maliyyə bazarlarını əhatə edən 10 maraqlı bazar termini

Maliyyə bazarlarını əhatə edən 10 maraqlı bazar termini
Sakura

Maliyyə bazarlarını əhatə edən 10 maraqlı bazar termini!

İndiyə qədər çox maliyyə sahəsinə aid müsahibələrdə olmuşam, ona görə də bu  gün bank müsahibələrində məndən ən çox soruşulan  terminləri sizlər üçün topladım. Banco.az komandasının köməyi ilə maliyyə bazarlarına aid bir-birindən maraqlı 10 termini sizlərə çatdırıram. Xatırladım ki, maliyyə bazarları, maliyyə sahəsinin ən gəlirli və rahat sahəsidir. Ona görə də nə qədər bu sahədə çox bilgi, o qədər iş imkanı deməkdir.

1) Likvidlik tələsi Dövriyyədəki likvid formada pul kütləsinin həcminin artması, uçot faiz dərəcələrinin isə adekvat dəyişməməsi ilə müşayiət olunan vəziyyət. Belə olan halda insanlar pullarını banklarda saxlamaqda maraqlı olmurlar və yığımlar investisiyaya çevrilmir.

2) Qudvil - Firmanın işgüzar reputasiyası və ya onun bazar qiyməti ilə balans dəyərinin fərqi.

3) Opsion dividenti - Həm pul və həmdə səhm formasında ödənilə bilən divident. 

Opsionun 2 növü var: “Koll” (almaq hüququ verir) və “Put” (satmaq hüququ verir).

4) Ödəmə nisbəti - Gəlirin səhmdarlara divident şəklində ödənilən hissəsini əks edir. Ödəmə nisbəti = Divident/Xalis gəlir

Ödəmə nisbətinin aşağı olması şirkətin mənfəətini divident formasında ödəmə yerinə saxlamaq (məsələn, investisiya məqsədilə) istəyini göstərir.

5) Prudensial Maliyyə qurumlarının (bankların) təhlükəsiz fəaliyyətinin təmin edilməsinə istiqamətlənmiş normativlərə, qaydalara, tələblərə və göstərişlərə əsaslanan düşünülmüş (ehtiyatlı) davranış, idarəetmə və nə zarət üsuludur.

6) Pul bazarı alətləri - Pul bazarı alətlərinə əsasən aşağıdakılar aid edilir: xəzinə vek selləri, bank akseptləri, kommersiya kağızları, repolar, sövdələşmə depozit sertifikatları və s.

7) Restrukturizasiya olunmuş kredit - Ödəniş vaxtının uzadılması, faiz dərəcələrinin aşağı salınması və bir hissəsinin və ya hamısının bağışlanması kimi tədbirlərə məruz qalan kreditlər.

8) Revalvasiya Ölkənin valyuta məzənnəsinin digər ölkələrin valyutasına nisbətdə rəsmi yüksəldilməsi. Devalvasiyanın tərsidir

9) Staqflyasiya - Milli istehsalın ciddi şəkildə aşağı düşməsi nəticəsində makroiqtisadi qeyri-tarazlıq, o cümlədən yüksək işsizlik və inflyasiya səviyyəsi ilə müşahidə olunan iqtisadi durum, vəziyyət. 

10) Staqnasiya - Müəyyən sahələrdə, maliyyə bazarlarında və ya ümumilikdə iqtisadiyyatda durğunluq vəziyyəti (çox kiçik, sıfır səviyyəli artım sürəti). 

 

Mənbə : Banco.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyanın ən bahalı evini Frenk Bakli tikib. İrland dizayneri tikinti materialı əvəzinə puldan istifadə edib

Redaktor seçimi

SON XƏBƏRLƏR