Slimfit
  1. DÜNYA

Malayziyanın keçmiş Baş naziri hakim qarşısında:Nəcib Razak 400 milyon dollar vergi ödəyəcək

Malayziyanın keçmiş Baş naziri hakim qarşısında:Nəcib Razak 400 milyon dollar vergi ödəyəcək
Sakura

Malayziyanın keçmiş Baş naziri hakim qarşısında:Nəcib Razak 400 milyon dollar vergi ödəyəcək

Malayziya Ali Məhkəməsi ölkənin keçmiş baş naziri Nəcib Razakın vergi borcları və gecikmiş cərimələr səbəbilə 1,69 milyard rinqqit (397 milyon ABŞ dolları) ödəməsinə dair qərar qəbul edib.

Report” TASS-a istinadən xəbər verir ki, bu barədə məhkəmənin yaydığı bəyanatda deyilir.

“Məhkəmə əlavə məhkəmə icraatı aparılmadan iddiaçının tələbini təmin edib”, - bəyanatda vurğulanır.

Xatırladaq ki, 2019-cu ilin iyununda ölkənin vergi orqanları göstərilən məbləğin N.Razakdan geri alınmasını tələb edən iddia qaldırmışdı. O cümlədən keçmiş baş nazirin 2011-ci ildən 2017-ci ilə qədər olan dövrdə qazancının bir hissəsini vergidən gizlətdiyi göstərilmişdi.

Bundan əlavə, keçmiş hökumət başçısı “SRC International” dövlət investisiya fondunda külli miqdarda mənimsəmə işi üzrə əsas təqsirləndirilən şəxsdir. Ona qarşı yeddi ittiham, o cümlədən çirkli pulların yuyulması və vəzifə səlahiyyətlərindən sui-istifadə üzrə ittihamlar irəli sürülüb. Hökmün iyulun 28-də veriləcəyi gözlənilir.

Qeyd edək ki, N.Razak 2009-cu ildən 2018-ci ilə qədər Malayziyanın baş naziri vəzifəsini icra edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncəli kişilər məşhur Şah Abbas məscidi qarşısında. 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR