Slimfit
  1. MEDİA

Maksim Şevçenko Gəncəyə səfər edib

Maksim Şevçenko Gəncəyə səfər edib
Sakura

Maksim Şevçenko Gəncəyə səfər edib

Rusiyalı siyasətçi, jurnalist, televiziya aparıcısı və ictimai xadim Maksim Şevçenko Gəncəyə səfər edib. Rusiyalı qonaq Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində dağılan ərazilərə baş çəkib, erməni hərbi cinayətlərinin nəticələri ilə yerində tanış olub.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Maksim Şevçenkoya erməni terroru və onun nəticələri barədə məlumat verib. O bildirib ki, cəbhə zonasından kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri Gəncə oktyabrın 4-ü, 5-i, 8-i, 11-i və 17-si tarixlərində Ermənistan tərəfindən bir neçə dəfə atəşə tutulub. Gecə saatlarında yatmış şəhərə edilmiş raket hücumları nəticəsində 1 körpə, 5 uşaq və yeniyetmə, 10 qadın da olmaqla 26 dinc sakin həlak olub, 120-dən çox insan yaralanıb. Həmçinin bildirilib ki, 25-‘ yaxın fərdi yaşayış evi və 10 yaşayış binası tamamilə dağılıb, 100-dən artıq ev və bir o qədər də obyektə ciddi ziyan dəyib. Raket hücumları nəticəsində Gəncənin tarixi və dini abidələri, təhsil və səhiyyə ocaqları da zərər görüblər.

Maksim Şevçenko erməni terroru zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılmış evlərin ətrafına gül düzüb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

20 ildir aktiv olan Bromo vulkanı

Redaktor seçimi

SON XƏBƏRLƏR