Slimfit
  1. İDMAN

Maksim Medvedev “Qarabağ”ın tarixinə düşdü

Maksim Medvedev “Qarabağ”ın tarixinə düşdü
Sakura

Maksim Medvedev “Qarabağ”ın tarixində mütləq rekorda sahib çıxıb

Maksim Medvedev “Qarabağ”ın tarixində mütləq rekorda sahib çıxıb.

Qafqazinfo” PFL-ə istinadən xəbər verir ki, 30 yaşlı müdafiəçi Ağdam klubunun heyətində ən çox oyun keçirən futbolçu adına yiyələnib. Azərbaycan Premyer Liqasının XX turunun “Zirə” ilə evdə keçirilən matçı (0:0) Maksimin “Qarabağ”ın heyətində ümumilikdə 395-ci oyunu olub.
 
2006/07 mövsümündə debüt etdiyi komandada indiyədək 12 qol vuran Medvedev Müşfiq Hüseynovun rekordunu yeniləyib. Hazırda “Qarabağ”da məşqçi kimi çalışan sabiq hücumçu 394 rəsmi matçda doğma klubunun formasını geyinib.
 
Regional yarışlar nəzərə alınmadığı statistikaya əsasən 1987-ci ildə peşəkar klub kimi qeydiyyatdan keçən əyalət təmsilçisində ən çox oyun keçirən 3-cü futbolçu Yaşar Hüseynovdur – 380 matç.
 
Maksim Azərbaycan çempionatlarında 277 (10 qol), ölkə kubokunda 37 (1 qol), avrokuboklarda 81 (1 qol) oyun keçirib.
 
Qeyd edək ki, Medvedev cari mövsümün gedişində “Qarabağ”ın heyətində Azərbaycan çempionatlarında ən çox oyun keçirən futbolçu ünvanına yiyələnmişdi. O, 268 çempionat matçına çıxan Aslan Kərimovun rekordunu yeniləmişdi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala döyüşündə təyyarəyə atəş edən 2 top və Osmanlı əsgərləri

Redaktor seçimi

SON XƏBƏRLƏR