Slimfit
  1. İDMAN

Maksim Medvedev: "Azarkeşlərin Mahir Mədətovu fitə basmaları yaxşı hal deyil"

Maksim Medvedev: "Azarkeşlərin Mahir Mədətovu fitə basmaları yaxşı hal deyil"
Sakura

Maksim Medvedev: "Azarkeşlərin Mahir Mədətovu fitə basmaları yaxşı hal deyil"

"Qarabağ"ın futbolçusu Maksim Medvedev Bakıda İngiltərə "Arsenal"ına 0:3 hesabı ilə uduzduqları Avropa Liqasının qrup mərhələsinin II turmatçından sonra brifinq keçirib.

Komandanı görüşə kapitan kimi çıxarmış təcrübəlü müdafiəçi "Report"un da suallarını cavablandırıb:

- Məğlub olsanız da, ab-hava pis deyil. Bu, rəqibin "Arsenal" olmasına görədir, yoxsa yaxşı oynamağınızdan irəli gəlir?

- Hamı gördü ki, çəkinmədən öz oyunumuzu göstərdik. Əlimizdən gələni edirdik ki, epizodlar yaradıb qol vuraq. "Arsenal" kimi komandaya qarşı çıxış etmək hər komandanın işi deyil. Biz də onlardan çəkinmədən oynadıq. "Arsenal" çox səviyyəli komandadır və onlara qarşı yaxşı mübarizə apardığımızı düşünürəm.

- Məğlubiyyətdə erkən qol buraxmağınızın rolu oldu?

- Bir az qəribə qol oldu. Əvvəlcə heç oyunçu da topun ona toxunub qol olduğunu anlamadı. Daha diqqətli ola bilərdik. Futboldur, burada hər şey olur. Çalışdıq ki, oyuna nəzarət edib, epizodlar yaradıb qollar vuraq.

- İlk hissədə Aleks İvobini saxlamaqda çətinlik çəkirdiniz. Sonradan, sanki ikinci hissədə bu çətinlik aradan qalxdı...

- Deməzdim ki, çətinlik çəkirdim. Sadəcə, fərdi ustalığına görə güclü oyunçudur. Həm də çalışırdım ki, oyun ərzində hücumameylli olum, irəliyə gedib orada da güc sərf edim. Bu isə bir qədər çətin idi.

- Mahir Mədətovu azarkeşlər fitə basdı, ancaq Məsut Özil meydana daxil olanda onu alqışladılar. Buna münasibətiniz necədir?

- Mahir gənc və potensiallı oyunçudur. Azarkeşlərin onu fitə basması yaxşı hal deyil. Mədətova indidən belə təzyiq etsələr, gələcəkdə potensialını ortaya qoya bilməyəcək. 21 yaşında "Arsenal" kimi böyük kluba qarşı oyunda iştirak edirsə, onda həyəcan ola bilər. Çünki bizim kimi təcrübəli oyunçularda belə, həyəcan olur. Məsut dünya səviyyəli oyunçudur, həm də bir tərəfi türkdür. Ona görə də azarkeşlərin onu alqışlaması normal haldır.

- Oyundan sonra formanızı kiminləsə dəyişdiniz?

- Formamı öz azarkeşlərimizə verdim. Düşündüm ki, onlar buna layiq idilər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan hər dəfə nəfəs aldıqda ağciyərlərdəki havanın 17%-i yenilənir.

Redaktor seçimi

SON XƏBƏRLƏR