Slimfit
  1. CƏMİYYƏT

"Makronun arzusu ürəyində qalacaq" - Fazil Mustafa

"Makronun arzusu ürəyində qalacaq" - Fazil Mustafa
Sakura

"Makronun arzusu ürəyində qalacaq" - Fazil Mustafa

Xəbər verdiyimiz kimi, Fransa Prezidenti Emmanuel Makron Marsel şəhərində erməni icması ilə görüşdə Azərbaycan əleyhinə, Ermənistanı birtərəfli qaydada müdafiə edən və həqiqəti əks etdirməyən fikirlər səsləndirib. Bu səbəbdən sözgüdən ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb.

Məsələ ilə bağlı Fransa tərəfinə etiraz edilib və Fransa tərəfindən izahat istənilib. Anti-Azərbaycan bəyanatları ilə yadda qalan E.Makronun yenidən qərəzli fikirlər səsləndirməsi, Fransa prezidentinin Fransanın erməni lobbisinin əlində bir alət olduğunun və müharibə və müharibədən sonrakı dövrdə öz məqsədlərinə nail ola bilmədiyinin bariz nümunəsidir.

Ens.Az xəbər verir ki,məsələ ilə bağlı Metbuat.az-a danışan deputat Fazil Mustafa bildirib ki, Makronun bu davranışları siyasi etikadan kənar davranışlardır:

"Bu işğalçıya, vəhşiliyə dəstək verən anlayışdır. Ona görə də, Fransa Prezidentinin "qızdırmalı" vəziyyətdə söylədiklərini hər halda beynəlxalq hüquq - nöqteyi nəzərindən qiymətləndirməyin əsası yoxdur. Çünki beynəlxalq hüquq tamamilə başqa anlayışdır. Amma Fransa Prezidenti deyir ki, mənim filan xalqa, filan quldur dəstəsinə simpatiyam olduğuna görə, beynəlxalq hüququn çeynənilməsinin tərəfdarıyam. Belə bir anormal yanaşmanı diqqətəlayiq hesab etmək olmaz".

Deputat bldirib ki, Azərbaycan hüquq çərçivəsindən çıxmadan öz yoluna davam etməlidir. Beynəlxalq hüququn prinsiplərini götürərək onların cavablarını verməlidir və susdurmalıdır:

"Hər hansı bir şəkildə bizim Makronun sayıqlamaları qarşısında geri çəkilməyə heç bir istəyimiz və hansısa bir fikrimiz yoxdur. Sonadək torpaqlarımız uğrunda mübarizəni davam etdirəcəyik. Makronun da arzuladıqları ürəyində qalacaq. Necə ki, Qarabağda ondan əvvəl oranın müstəqilliyini düşünənlərin arzusu qaldı".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sinqapurda Gardens by the bağındakı böyük süni ağaclar. Onlar təkcə gözəllik üçün deyil, həmçinin üzərində quraşdırılmış günəş batareyaları sayəsində enerji toplayırlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR