Makronla Putin arasındakı danışığın KİV-də dərci araşdırılır
Fransa hakimiyyəti Fransa prezidenti Emmanuel Makron və Rusiya prezidenti Vladimir Putin arasındakı telefon danışığına dair məlumatların ölkə mətbuatında yayımlanmasını araşdırır.
Ens.az Report.az-a istinadən xəbər verir ki, bu barədə RİA “Novosti” Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsinə istinadən məlumat yayıb.
“Hər hansı bir daxili məxfi sənədlərin xaricə sızması qəbuledilməzdir. Bu səbəbdən şərh verməkdən çəkinirik. İstintaq davam edir. Respublika prezidentinin Rusiya ilə qurmaq istədiyi dialoq, təhlükəsizliyimizlə əlaqəli bütün məsələlərin səmimi və tələbkarlıq ruhunda həll edilməsinə yönəldilib və bu ruhda davam edəcək” deyə, o bildirib.
Qeyd edək ki, Fransa qəzeti “Le Monde” mənbələrə istinad edərək sentyabrın ortalarında Putin və Makron arasında baş tutan telefon danışığının bəzi detallarını dərc edib.
Putin söhbət əsnasında Rusiya müxalifətinin lideri Aleksey Navalnı ilə vəziyyətin digər versiyalarına diqqət çəkməyi təklif edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət