Dərc edildi: Baxış sayı: 489
Makrona xəbərdarlıq: Bu layihədən imtina et!..
Fransa Prezidenti Emmanuel Makron ölkədə etirazlara səbəb olan təqaüd islahatlarından imtina etməyəcək.
Axar.az xəbər verir ki, bu məlumatı BFMTV televiziyası Yelisey sarayındakı mənbəyə istinadla yayıb.
“Prezident islahat layihəsindən imtina etməyəcək, lakin o bu layihəni yaxşılaşdırmağa hazırdır”, - bildirilib.
Mənbənin sözlərinə görə, Makron Milad bayramı zamanı barışığın olacağına və etirazların dayanacağına ümid edir. Lakin bir sıra həmkarlar ittifaqının nümayəndələri də bildirib ki, hökumət islahatlardan imtina etməsə, etirazları dayandırmayacaqlar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət