Slimfit
  1. DÜNYA

Makron Yeni Kaledoniyada seçki islahatını təxirə saldı

Makron Yeni Kaledoniyada seçki islahatını təxirə saldı
Sakura

Makron Yeni Kaledoniyada seçki islahatını təxirə saldı

Fransa Prezidenti Emmanuel Makron Yeni Kaledoniyada seçki islahatını təxirə salıb.

Redaktor.az "France24"ə istinadla xəbər verir ki, Makron iğtişaşların baş verdiyi adaya səfərinin son günündə seçki islahatlarının məcburi həyata keçirilməyəcəyi vədini verib.

"Bu islahatın indiki kontekstdə zorla həyata keçirilməyəcəyini söz vermişdim və dialoqun bərpasına imkan vermək üçün özümüzə bir neçə həftə vaxt veririk", - Makron deyib.

Məlumata görə, müstəqillik tərəfdarı aborigen kanakların və Paris yönümlülərin liderləri ilə görüşdən sonra Makron arxipelaqda növbəti referenduma aparacaq yol xəritəsi təqdim edib.

270 min nəfərin yaşadığı adada 2018 və 2021-ci illərdə keçirilən müstəqillik referendumlarının nəticəsi "yox" olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

2014 MU69/Ultima Thule asteroidi - kosmik gəmilərin nə vaxtsa ziyarət etdiyi ən uzaq obyekt. Bu şəkil New Horizons aparatı tərəfindən çəkilib və 6,5 milyard məsafəyə ötürülmüşdür.

Redaktor seçimi

SON XƏBƏRLƏR