Dərc edildi: Baxış sayı: 155
Makron Ukraynaya uzaqmənzilli silahların tədarükü üçün koalisiya yaradıldığını açıqlayıb
Ukraynanın Qərb müttəfiqləri Kiyevi uzaqmənzilli silahlarla təmin etmək üçün koalisiya yaradıblar.
Ens.az Apa.az-a istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron Parisdə keçirilən Ukraynaya dəstək konfransı başa çatdıqdan sonra deyib.
Makron Yelisey sarayının X (keçmiş Twitter) səhifəsində yayımlanan mətbuat konfransı zamanı deyib: "Biz orta və uzun mənzilli raketlər və bombalar tədarük edəcək doqquzuncu koalisiya yaradırıq".
Fransa lideri xatırladıb ki, əvvəllər müəyyən növ sursatların tədarükünə həsr olunmuş səkkiz koalisiya yaradılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət