Dərc edildi: Baxış sayı: 623
Makron: “Həftəyə 10 milyon qoruyucu maska istehsal edəcəyik”
Fransa aprel ayının sonuna qədər hər həftə 10 milyon qoruyucu maska istehsal edəcək.
“RİA Novosti” xəbər verir ki, bunu Fransanın prezidenti Emmanuel Makron deyib.
O qeyd edib ki, əgər epidemiyadan əvvəl tibb işçiləri həftədə dörd milyon maskadan istifadə edirdisə, indi bu rəqəm 40 milyondur.
E.Makron xatırladıb ki, ölkə rəhbərliyi Çindən bir milyard qoruyucu maska idxal edib.
“Lakin çalışmalıyıq ki, qoruyucu maskaları Fransa ərazisində istehsal edək. Asılılığımızı azaldaq və gələcəkdə özümüzü təmin edə bilək”, - Fransa prezidenti “Kolmi-Hopen” şirkətinin maska istehsalı zavoduna baş çəkərkən belə deyib.
Mənbə: oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət