Slimfit
  1. DÜNYA

Makron Durovun saxlanılmasının səbəbini açıqladı

Makron Durovun saxlanılmasının səbəbini açıqladı
Sakura

Makron Durovun saxlanılmasının səbəbini açıqladı

“Teleqram mesencerinin həmtəsisçisi Pavel Durovun həbsinin arxasında heç bir siyasi qərar dayanmayıb. Bu, Fransa məhkəmə sisteminin qanun pozuntularına və əməkdaşlıqdan imtinaya cavab olaraq atdığı addımdır”.

Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron “Variety” jurnalına müsahibəsində deyib.

O bildirib ki, teleqram bəzi digər platformalar kimi dözümsüzlüyün artmasına töhfə verir və ifadə azadlığını qorumaq adı altında demokratiyaya qarşı çıxış edir.

“Rəqəmsal oyunçulardan internetdə hər hansı qeyri-qanuni fəaliyyətə qarşı mübarizədə əməkdaşlıq tələb olunur və bizim məhkəmə sistemimiz qanun pozuntusuna müvafiq reaksiya vermək səlahiyyətindədir. Teleqramın həmtəsisçisinin saxlanılması da məhz bununla əlaqədardır”, - deyə Makron vurğulayıb.

 

Xatırladaq ki, Durov avqustun 24-də Parisdə hava limanında saxlansa da, avqustun 28-də məhkəmə nəzarəti altında sərbəst buraxılıb. Paris Prokurorluğu Durovu 6 qanun pozuntusunda, o cümlədən qanunsuz əməliyyatlar aparmaq məqsədilə onlayn platformanın idarə edilməsində ittiham edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kosmik stansiya öz çəkisində olan qızıldan 30 dəfə bahadır.

Redaktor seçimi

SON XƏBƏRLƏR