Dərc edildi: Baxış sayı: 664
Makron: Demokratiya dəbdən düşüb, kapitalizm isə dəli olub
Fransa Prezidenti Emmanuel Makron kapitalizmi tənqid edib və beynəlxalq münasibətlər sisteminə yenidən baxılmasının tərəfdarı olduğunu bildirib.
Onun sözlərinə görə, demokratiya dəbdən düşüb, kapitalizm isə nəzarətdən çıxaraq dəli olub.
"Biz sonradan tənzimləyə bilmədiyimiz qeyri-bərabərliyin təzahürünü özümüz yaradırıq", - E.Makron "G7" sammiti ərəfəsində biznesmenlərlə görüşündə deyib.
Prezident hesab edir ki, həm müəssisələr və firmalar, həm də beynəlxalq təşkilatlar dünya sisteminin yenidən qurulması işi ilə məşğul olmalıdırlar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət