Slimfit
  1. DÜNYA

Makron altı il əvvəl Durova bunu təklif edib

Makron altı il əvvəl Durova bunu təklif edib
Sakura

Makron altı il əvvəl Durova bunu təklif edib

“Fransa Prezidenti Emmanuel Makron 2018-ci ildə teleqramın təsisçisi Pavel Durovu nahara dəvət edib və bu zaman ona şirkətin baş qərargahını Parisə köçürməyi təklif edib”.

Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “The Wall Street Journal” (WSJ) qəzeti yayıb.

Mənbələrin sözlərinə görə, Durov sözügedən təklifdən imtina edib. Qeyd olunub ki, Makron, həmçinin biznesmenə Fransa vətəndaşlığı verilməsi məsələsini də nəzərdən keçirib. Durov isə Fransa vətəndaşlığını 2021-ci ildə alıb.

“WSJ” yazır ki, 2017-ci ildə Fransa və Birləşmiş Ərəb Əmirliklərinin xüsusi xidmət orqanları birgə əməliyyat zamanı P.Durovun “iPhone” markalı telefonunun məlumatlarını ələ keçiriblər. Sözügedən əməliyyata “Purple Music” kod adı verilib.

Qəzet iddia edir ki, Fransa təhlükəsizlik xidmətinin əməkdaşları İŞİD-in döyüşçülər cəlb etmək və hücum planlaşdırmaq üçün teleqramdan istifadə etməsindən narahat olublar. “WSJ” mənbələrindən biri isə iddia edib ki, teleqram uzun illər ərzində şirkətin elektron poçt ünvanına göndərilən məhkəmə qərarlarına əhəmiyyət verməyib.

Xatırladaq ki, P.Durov avqustun 24-də Parisdə saxlanılıb. Fransa məhkəməsi onun saxlanma müddətini bir neçə dəfə uzadıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Super qapıçı

Redaktor seçimi

SON XƏBƏRLƏR