Dərc edildi: Baxış sayı: 710
Makreqor karyerasını başa vurdu
İrlandiyalı döyüşçü Konor Makreqor növbəti dəfə karyerasını başa vurduğunu elan edib.
Ens.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu haqda o, özünün Tvitter səhifəsində məlumat yayıb. “Qərara gəldim ki, döyüşlərdən gedim. Xoş xatirələrə görə təşəkkür” – deyə o yazıb.
Qeyd edək ki, buna qədər Makreqor iki dəfə karyerasının başa vurduğunu elan etsə də, sonradan idmana qayıdıb.
Daha öncə yayılan xəbərə görə, UFC prezidenti Dena Uayt Makreqorla Həbib Nurmaqomedovun titul döyüşünü təşkil etmək istəyir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət