Dərc edildi: Baxış sayı: 702
Makedoniyalı İsgəndərin məzarı tezliklə tapıla bilər - Arxeoloqlardan müjdə...
Arxeoloqlar bildiriblər ki, Makedoniyalı İsgəndərinin məzarı tezliklə aşkar edilə bilər. Qədim İsgəndəriyyə xarabalıqlarında aşkar edilmiş bir artefakt çox ehtimal ki, itirilmiş məzarla bağlıdır.
Elm adamları Kral ailəsinin üzvlərinin yaşadığı Ptolemey Məhəlləsini araşdırıblar. Son iki min ildə bu bölgəni sarsıntıya salan çoxsaylı kataklizmlərə görə qəbir 11 metr yerin altına keçib.
Qazıntı zamanı torpaq altından bir ağ mərmər heykəl parçası ortaya çıxıb. Ekspertlər bunu araşdırıblar və onun ən əfsanəvi sərkərdənin təsvir edilə biləcəyini güman ediblər. Bu tapıntı çox böyük maraq yaradıb - ilk dəfə arxeoloqlar şəhər salındığı vaxtdan bəri geridə qalan orijinal xarabalıqlar görüblər.
Torpaq altının kompüterləşmiş taraması 14 anomaliya aşkar etmişdir ki, bunlardan biri də axtardıqları qəbir ola bilər.
Xatırladaq ki, Makedoniyalı İskəndər bizim eradan əvvəl 323-cü ildə 32 yaşında qəflətən ölüb. Məlumdur ki, o İsgəndəriyyədə dəfn edilib. Qəbir ibadət yeri olub, ancaq zamanla itirildiyindən dəqiq yeri bu günədək müəmma olaraq qalırdı.
Mənbə: Moderator.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət