Slimfit
  1. AZƏRBAYCAN

Mais Bərxudarov: Aprel döyüşləri bizim şanlı qələbəmizdir

Mais Bərxudarov: Aprel döyüşləri bizim şanlı qələbəmizdir
Sakura

Mais Bərxudarov: Aprel döyüşləri bizim şanlı qələbəmizdir

Aprel döyüşlərinin Azərbaycan xalqı üçün, dövlətimiz üçün, ordumuz üçün çox böyük əhəmiyyəti var. Aprel döyüşləri bizim şanlı qələbəmizdir və gələcək nəsillərə bir öyüd, nəsihət yeridir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Birlik komandiri, general-mayor Mais Bərxudarov 2016-cı ilin Aprel döyüşlərinin dördüncü ildönümü münasibətilə jurnalistlərə müsahibəsində deyib.

Düşmənin üzərinə o qədər sürətlə əks-hücum etdik ki, çaşdılar və qaçmağa məcbur qaldılar

Aprel döyüşlərinin əhəmiyyətindən danışan M.Bərxudarov deyib: "2016-cı ilin Aprel döyüşləri düşmənin hücumu ilə başladı. Aprelin 1-dən 2-nə keçən gecə mənfur düşmənin qəfil hücumunu anlayan kimi Müdafiə nazirinə məruzə etdim. Nazirin qətiyyətli qərarı nəticəsində birinci komanda veriləndə əsgərlər sanki toya-bayrama gedirdilər. Ordumuzun ayıq-sayıqlığı nəticəsində düşmənə gecə lazımi cavab verildi və illərlə həsrətində olduğumuz torpaqlarımızın bir hissəsi işğaldan azad edildi. Aprel döyüşlərində ordumuzun qüdrətini bir daha sübut elədik ki, biz həqiqətən öz torpaqlarımızı işğaldan azad etməyə hazırıq. Dörd il keçməsinə baxmayaraq Ermənistan dövləti, Ermənistan ordusu hələ də özünə gələ bilmir. Onlar bunu bilsinlər ki, hər an, hər dəqiqə hansısa bir fəaliyyətləri olarsa, onun beşqat, onqat əvəzini verəcəyik. Nəzərinizə əsgərlərimizin 4 il öncə şücaətini, onların qəhrəmanlığını, igidliyini, ürəklərindəki Vətən həsrətini, Vətən sevgisini çatdırmaq istəyirəm. Düşmən əsgərləri bizim ayaqlarımızın altında idi. Onlar 5-10 metr məsafədə atıcı silahlarla, bəziləri əlbəyaxa döyüşlə məhv edilmişdi. Biz onların üzərinə o qədər sürətlə əks-hücum etdik ki, özləri çaşdılar və qaçmağa məcbur qaldılar. Bizim qəhrəman əsgərlərimizdə mən o həvəsi, iradəni ki, gördüm, 4 deyil, 14 gün olsa idi, doğma Qarabağımızda bayrağımızı dalğalandıra bilərdik". 

Aprel döyüşləri Ermənistan ordusunun acizliyini bir daha göstərdi

Mais Bərxudarov bildirib ki, Aprel döyüşləri Ermənistan ordusunun Azərbaycan Ordusu qarşısında acizliyini bir daha göstərdi: "Ermənilər özləri də yaxşı bilirlər ki, biz Aprel döyüşlərində sadəcə həmin bölgədə olan ordumuzun bir qismi ilə əks-hücum etdik. Əgər tam ordunu bu işə cəlb etmiş olsaydıq, yəqin ki, Ermənistan ayaq altında yoxa çıxardı. Ermənistan ordusu, dövləti çıxılmaz bir vəziyyətdə qalmışdı. Həmişə olduğu kimi qonşu dövlətlərə, onları himayə edən dövlətlərə yalvarmağa başladılar ki, atəşi dayandıraq, bizimlə razılaşacaqlar. Lakin yenə öz hiylələrindən istifadə etdilər. Mən onlara səslənirəm ki, bizim növbəti döyüşümüz tamam başqa bir döyüş olacaq. Azərbaycan Ordusunun nəyə qadir olduğunu bir daha görəcəklər".

Ermənistanın bu gün də öz mənfur niyyətlərindən əl çəkmədiyini deyən general-mayor bildirib: "Bizim bir məqsədimiz var. Ermənistan dövləti, ordusu, hakimiyyəti onu bilməlidir ki, gec və ya tez bizim bayrağımız o torpaqlarda dalğalanacaq. Bizim doğma, müqəddəs yerlərimiz, qəbirlərimiz ziyarət olunacaq. Necə düşünmək olar, biz öz torpaqlarımızı onlara hədiyyə etməliyik? Biz bu müharibəni özümüzdən sonrakı nəsilə saxlaya bilmərik".

Əgər Ermənistan əsgəri ölmək istəmirsə, Azərbaycan torpağından rədd olsun

Mais Bərxudarov hər gün daha da qüdrətlənən Azərbaycan Ordusunun torpaqlarımızın və xalqımızın müdafiəsində əzmlə dayandığını və işğal altındakı torpaqlarımızı Ali Baş Komandanın əmri ilə qısa vaxtda azad etməyə hazır olduğunu bildirib: "Azərbaycan Ordusu 1992-ci ildəki ordu deyil. Azərbaycan Ordusu heç 2016-cı ildəki ordu da deyil. Biz ordumuzun gücü ilə, maddi-texniki bazanın geniş inkişafı ilə Ermənistanı qısa bir vaxtda məhv edə bilərik. Lələtəpənin işğaldan azad olunmasından sonra Ali Baş Komandanın həmin bölgəyə səfəri zamanı heç unutmadığım bir sözü var: "Əgər Ermənistan əsgəri ölmək istəmirsə, Azərbaycan torpağından rədd olsun". Bu, həqiqətən də belədir. Aprel döyüşlərindən sonra məhv olan Ermənistan əsgərlərinin anaları cəsədləri aparıb Ermənistanın Prezident Aparatının qarşısına atdılar. Bizim şəhidlərimiz isə dualar altında, alqışlarla, xalqımız, dövlətimiz tərəfindən yüksək səviyyədə dəfn olundu. Aprel döyüşlərindən sonra həm Ali Baş Komandan, həm də Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə, qazilərə olan diqqət və qayğı bir daha sübut etdi ki, biz xalq, dövlət, ordu olaraq bir yerdəyik".

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncəli kişilər məşhur Şah Abbas məscidi qarşısında. 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR