Slimfit
  1. MƏŞHURLAR

Mahsun Kırmızıgül yeni filminə 147 daun sindromlu uşaq çəkdi

Mahsun Kırmızıgül yeni filminə 147 daun sindromlu uşaq çəkdi
Sakura

Mahsun Kırmızıgül yeni filminə 147 daun sindromlu uşaq çəkdi

Tanınmış müğənni Mahsun Kırmızıgül ilk dəfə olaraq türkiyə film sektorunda Daun sindromlu uşaqları filmə çəkib.  

Mahsun “Mucize 2 Aşk” filmində 147 Daun sindromlu uşağa yer verib.

Mert Turak, Biran Damla Yılmaz, Fikret Kuşkan, Erdal Özyağcılar ve Şenay Gürler kimi tanınmış aktyorların rol aldığı film əngəlli insanlara və müəllimlərə həsr olunub.

147 Daun sindromlu uşağı filmdə çəkən Mahsun bundan çox məmnun qaldığını və onlar sayəsində çəkilişlərin əyləncəli keçdiyini bildirib:

“Sonunda Milli Daun Sindrom Dərnəyi ilə tanış ola bildik. Film haqqında onlara məlumat verəndə rəhbərlər və ailələr canla-başla bizə razılıq verdi. Hər biri yanımızda oldu. Bütün aktyorlar uşaqlar sayəsində gözəl gün keçirdilər. Uşaqlar da xoşbəxt oldu”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İspaniya tərcümədə "dovşanlar məkanı" deməkdir

Redaktor seçimi

SON XƏBƏRLƏR