Slimfit
  1. AZƏRBAYCAN

Mahmud Məmmədquliyev: "Avropa İttifaqı Dağlıq Qarabağın və ətraf rayonların Azərbaycan torpağı olduğunu təsdiqləyib"

Mahmud Məmmədquliyev: "Avropa İttifaqı Dağlıq Qarabağın və ətraf rayonların Azərbaycan torpağı olduğunu təsdiqləyib"
Sakura

Mahmud Məmmədquliyev: "Avropa İttifaqı Dağlıq Qarabağın və ətraf rayonların Azərbaycan torpağı olduğunu…

 "Avropa İttifaqı (Aİ) Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində əvvəllər ATƏT-in Minsk qrupunun mövqeyində dururdu".

Report” xəbər verir ki, bunu QDİƏT Xarici İşlər Nazirləri Şurasının Bakıda keçirilən iclasının yekunlarına həsr olunan mətbuat konfransında Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud MəmmədquliyevAvropa İttifaqının xarici siyasət və təhlükəsizlik sahəsindəki ümumi siyasətinə dair ötən gün Avropa Parlamentinin qəbul etdiyi qətnamə ilə bağlı suala cavab verərkən bildirib.

“Bu qətnaməni qəbul etməklə Avropa İttifaqı Dağlıq Qarabağla ətraf yeddi rayonun Azərbaycan torpağı olduğunu bir daha təsdiqləyib. Belə ki, qətnamədə Aİ-nin Şərq Tərəfdaşlığı bölgəsindəki münaqişələrə yanaşmasının bununla eyni olduğu bildirilir. Əvvəllər isə Aİ Dağlıq Qarabağ münaqişəsinin yalnız ATƏT-in Minsk qrupu çərçivəsində həlli siyasətini dəstəkləyirdi”, – nazir müavini vurğulayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Payız meşəsinin mozaikası

Redaktor seçimi

SON XƏBƏRLƏR