Slimfit
  1. AZƏRBAYCAN

Mahirə Hüseynova: "Azərbaycan dilinin imkanlarından yetərincə istifadə edilməməsi halları geniş yayılıb"

Mahirə Hüseynova: "Azərbaycan dilinin imkanlarından yetərincə istifadə edilməməsi halları geniş yayılıb"
Sakura

Mahirə Hüseynova: "Azərbaycan dilinin imkanlarından yetərincə istifadə edilməməsi halları geniş yayılıb"

"Ölkəmizdə mütəxəssislərin böyük əksəriyyəti etiraf edər ki, bu gün Azərbaycan dilinin imkanlarından yetərincə və düzgün istifadə edilməməsi halları da geniş yayılıb, dövlət orqanlarında, KİV və reklam işlərində ana dilindən istifadə sahəsində nöqsanlar var. Həmin nöqsanlar daha çox onunla xarakterikdir ki, müəyyən hallarda ədəbi dilin normalarına, leksik və qrammatik qaydalara əməl edilmir".

Report” xəbər verir ki, bunu Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili kafedrasının müdiri, filologiya üzrə elmlər doktoru, professor Mahirə Hüseynova "Xalq qəzeti"ndə dərc olunan məqaləsində deyib.

"Anoloji hallarda əksər vəziyyətlər zamanı keçərli tədbirlərin görülə bilməməsi də reallıqdır və bu reallıqların fakt olaraq ortadan qaldırılmaması isə nə gizlədək, problem kimi ortaya çıxan məsələlərə hüquqi yanaşma imkanlarının olmaması ilə izah edilə bilər. Düzdür, bu missiyanı həyata keçirmək üçün AMEA-da yaradılmış Monitorinq Mərkəzi müəyən cəhdlər göstərirdi və etiraf edək ki, bu göstəriciləri qənaətbəxş hesab etmək olmazdı. Təəssüf ki, ictimai məzəmmət heç də həmişə istənilən nəticəni vermir və oxşar situasiyalarda qanunun gücünə üz tutmaq lazım gəlir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərman bizə o imkanı verəcək", - deyə filologiya üzrə elmlər doktoru bildirib.

Professor bundan əvvəl dilimizdə əcnəbi sözlərin işlədilməsi də ciddi problemlərdən biri olduğunu deyib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR