Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Magistraturaya qəbulda dəyişiklik

Magistraturaya qəbulda dəyişiklik
Sakura

Magistraturaya qəbulda dəyişiklik

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”nda dəyişiklik edib. Dəyişikliyə əsasən, magistraturaya qəbul imtahanı yalnız bir mərhələli olacaq. İmtahan Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mərkəzləşdirilmiş qaydada bakalavrların ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dil biliklərinin qiymətləndirilməsi üzrə keçiriləcək.

Jurnalistika üzrə magistraturaya və xüsusi qabiliyyət tələb edən ixtisasların ixtisas magistraturasına qəbul olmaq istəyənlər qəbul imtahanını verdikdən sonra əlavə olaraq qabiliyyət imtahanı verməlidirlər. Qabiliyyət imtahanlarının proqramları və keçirilmə vaxtı DİM tərəfindən elan olunacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kaliforniya, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR