Dərc edildi: Baxış sayı: 291
Magistraturaya elektron sənəd qəbulu başlayıb
Bu gündən ali təhsil pilləsinin magistratura səviyyəsi üzrə elektron sənəd qəbulu başlayıb.
"Ens.az" “Report”a istinadla xəbər verir ki, müraciətçilər https://portal.edu.az/ üzərindən qeydiyyatdan keçməklə “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçə bilərlər.
Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.
Elektron sistem üzrə qeydiyyat prosesi iyulun 31-i saat 18:00-da yekunlaşacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət