Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Magistraturanın sınaq imtahanının nəticələri elan edilib

Magistraturanın sınaq imtahanının nəticələri elan edilib
Sakura

Magistraturanın sınaq imtahanının nəticələri elan edilib

Dövlət İmtahan Mərkəzi (DİM) magistraturaya qəbul imtahanının I mərhələsi üzrə fevralın 3-də keçirilən sınaq imtahanının nəticələrini elan edib.

Bu barədə "Report"a mərkəzdən məlumat verilib.

Bildirilib ki, hər bir iştirakçı DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Bakalavrlar imtahan nəticələri barədə məlumatı, həmçinin iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 1604 nəfərdən 41 nəfəri imtahana gəlməyib. 1563 nəfərin imtahan nəticələri DİM-in internet saytında yerləşdirilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşalı kişi, 1890-cı il.

Redaktor seçimi

SON XƏBƏRLƏR