Dərc edildi: Baxış sayı: 531
Magistratura səviyyəsi üzrə yeni ixtisaslar yaradılıb
Nazirlər Kabineti “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nda dəyişiklik edib.
APA-nın məlumatına görə, dəyişikliyə əsasən, ali təhsilin magistratura səviyyəsində “Təbiət ixtisasları qrupu” bölməsində yeni Dövlət informasiya sistemlərinin təhlükəsizliyi və Rəqəmsal hökumət ixtisasları yaradılıb.
Eyni zamanda “Texniki və texnoloji ixtisaslar qrupu” bölməsində Neft-qaz çıxarmada nanotexnologiya, Süni intellekt, Məsafədən müşahidə, “Səhiyyə, rifah və xidmət ixtisasları qrupu” bölməsində Dərman preparatlarının keyfiyyətinin təminatı ixtisasları yaradılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət