Mağazaya gətirilən NƏHƏNG BALIQ görənləri ŞOK ETDİ
İngiltərənin Feltem şəhərində yerləşən ailəvi mağazanın sahibləri 136 kiloqramlıq nəhəng naqqa balığını satıblar.
Ens.az BiG.AZ-a istinadən xəbər verir ki, bu barədə "The Sun" yazır.
Belə ki, mağazanı idarə etməkdə yardımçı olan 29 yaşlı Əli İsmail daimi alıcının xahişi ilə həmin balığı taparaq gətirib.
Alıcı İslam bayramına balığın bəzi hissələrindən barbekü hazırlamağı planlaşdırıb, lakin onun istəyini digər balıqçılar yerinə yetirə bilməyib.
Satıcıların sözlərinə əsasən, onlar balığı iki həftə öncə gətirib nəhəng soyuducuda saxlayıblar. Sifarişçi balığın dalıyca gəldikdə mağazanın işçiləri naqqanı buzla dolu arabaya qoyaraq təhvil veriblər.
Böyük insandan ağır olan balığı 3-4 nəfərin köməyi ilə qaldırmaq mümkün olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət