Slimfit
  1. DÜNYA

Mağazalarda nisyə dəftərlərini bağlayan “görünməz adam”: Hamı ondan danışır

Mağazalarda nisyə dəftərlərini bağlayan “görünməz adam”: Hamı ondan danışır
Sakura

Mağazalarda nisyə dəftərlərini bağlayan “görünməz adam”: Hamı ondan danışır

İstanbulda onu “Robin Hud” adlandırmağa başlayıblar. Qəfil ortaya çıxır, ya küçədə adamlara pul paylayır, ya da mağazalarda nisyə dəftərlərindəki borcları bağlayır.

Bizimyol.info xəbər verir ki, axırıncı hadisə Bekirdərə məhəlləsində baş verib. Mağazaya girən “gözəgörünməz adam” nisyə dəftərindəki bütün borcları ödəmək istədiyini bildirib. Mağaza sahibi dərhal razılaşıb. Həmin adam 7 min lirə (2 min manatdan çox) ödəyərək dərhal gözdən itib.

Borcu silinən vətəndaşlardan biri olan Cevdet Polat xəbəri kafedə eşidib. Mağazaya gələndə daha borcu qalmadığını eşidib. İndi özünü həmin şəxsə çox borclu hiss edir. Yəni borcu bitən vətəndaş mənəvi borcunu unutmur.

Maraqlı situasiya yaranıb. Həmin mağazadan həmişə nağd alver edən sakinlərdən bəzisi indiyə qədər nisyə mal almadığına görə təəssüfləndiyini söyləyib.

Bundan bir az əvvəl İstanbulun “Robin Hud”u küçədə adamlara pul paylaşmışdı. O gündən xeyirxah adam sosial şəbəkələrin ulduzuna çevrilib.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

2014 MU69/Ultima Thule asteroidi - kosmik gəmilərin nə vaxtsa ziyarət etdiyi ən uzaq obyekt. Bu şəkil New Horizons aparatı tərəfindən çəkilib və 6,5 milyard məsafəyə ötürülmüşdür.

Redaktor seçimi

SON XƏBƏRLƏR