Slimfit
  1. CƏMİYYƏT

Mağaza və restoranlarda ana dilimizə sayğı göstərilməlidir

Mağaza və restoranlarda ana dilimizə sayğı göstərilməlidir
Sakura

Mağaza və restoranlarda ana dilimizə sayğı göstərilməlidir

Azərbaycanda fəaliyyət göstərən restoran, kafe və mağazalarda ana dilimizə sayğı göstərilməlidir.

Ens.az Axar.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva jurnalistlərə açıqlamasında deyib.

Komitə sədrinin sözlərinə görə, dilimizə hörmət etməli, ona qarşı həssaslığımızı artırmalıyıq:

"Əgər lazımi sayğı göstərilmirsə, buna reaksiya göstərməliyik. Dilimizə hörmət edilməməsi özümüzə, dövlətə, xalqa hörmət edilməməsi deməkdir. Buna görə də həssaslığımızı artırmalıyıq. Qanunvericiliyimizdə dil məsələsi xüsusi yer alıb. Qanunun tələblərinə riayət edilməsinə çalışmalıyıq. Hətta bəzi qurumlar var ki, onların üzərinə ciddi iş düşür. Onlar bunu daha çox dərk etməlidir".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fasilə zamanı.

Redaktor seçimi

SON XƏBƏRLƏR