Dərc edildi: Baxış sayı: 498
Madrid “Liverpul”un sahibini yolda qoydu
Dünən UEFA Çempionlar Liqasının qalibi olan “Liverpul” klubunun sahibi Con Henri oyundan öncə böyük çətinliklə üzləşib.
Axar.az xəbər verir ki, “İrish Mirror” qəzeti “Liverpul” klubunun sahibi Con Henri və klubun əfsanələri Kenni Dalqlişla İan Raşın dəhşətli tıxaca görə avtomobillərini tərk edərək finalın keçirildiyi stadiona piyada getməli olublar. Qəzetin məlumatına görə, stadiona gedən yollardakı dəhşətli tıxaca görə əsas avtomagistrallarda hərəkət dayanıb.
Avtomobili tərk edən üçlük “Liverpul” azarkeşlərinə qoşularaq qalan yolu piyada qət etmək məcburiyyətində qalıblar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət