Slimfit
  1. DÜNYA

Macəra üçün dünyanın ən yaxşı 5 ölkəsi

Macəra üçün dünyanın ən yaxşı 5 ölkəsi
Sakura

Macəra üçün dünyanın ən yaxşı 5 ölkəsi

İstər dünyanın ən ekzotik yeməyi olsun, istərsə də ən təhlükəli yollarında maşın sürmək, macəra anlayışı insandan insana dəyişir. Elə rahatlıq sərhədini aşmaq da ölkədən- ölkəyə fərqlənir.

ABŞ “News and World Report” bu yaxınlarda, beş kateqoriya üzrə qiymətləndirmə apararaq, macəra üçün dünyanın ən yaxşı beş ölkəsinin adını açıqlayıb. Kateqoriyalara əyləncə, mehribanlıq, iqlim, təbiət və cazibədarlıq daxildir.

“Yaxşı mətbəx, hava və görməli yerlər üzrə siyahını davam etdirən daha 20 ölkə olsa da, ilk beşlikdəkiləri ortaq bir şey birləşdirir”, – Braziliya və İtaliyada yaşamış mədəniyyətlərarası strateq və təlimçi Annalisa Nash Fernandez belə deyir.

“Bu ölkələrin heç birində qonşuları ilə eyni dildə danışılmır və qeyri-rəsmi divarlar onların mədəniyyətlərinin qorunması və inkişafını təmin edir. Əgər sizi bu ölkələrdən birinə gözübağlı aparsalar, gözünüzü açar-açmaz harada olduğunuzu bilərsiniz”.

 RAHATLIQ SƏRHƏDİNİ AŞMAQ ÖLKƏDƏN ÖLKƏYƏ FƏRQLƏNİR

slide 0001 - Macəra üçün dünyanın ən yaxşı 5 ölkəsi

Beşlikdə yer alan ölkələrin zəngin mədəniyyəti və təbiəti istədiyiniz an macəra şansı yaradır. Yerli həyatı bu qədər macəralı edən şey haqqında biz həmin ölkələrin sakinləri ilə söhbət etmək qərarına gəldik.

 BRAZİLİYA

980x - Macəra üçün dünyanın ən yaxşı 5 ölkəsi

Həm əyləncə, həm də cazibədarlıq kateqoriyası üzrə ən yüksək 10 xal ilə qiymətləndirilən Braziliya, öz irsinə bağlı sakinləri ilə zəngindir.

“Biz, ləzzətli təamlar, ən yaxşı qəhvə və dünyanın ən yaraşıqlı insanlarına sahib olmağımızla fəxr edirik” – braziliyalı Artur Sousanın sözləridir.

Macəraya gəlincə, ölkənin geniş torpaq sahəsi (ərazisinə görə dünyanın beşinci ən böyük ölkəsidir) sayəsində tamamilə fərqli şəkildə dəyişən mənzərələr görmək mümkündür.

“Amazon çayı üzərində yerləşən Pororokada sörfinq edə bilər və ya şərq sahilindən kənarda yerləşən adalarda Karib çimərliklərinə bənzər “Fernando de Noronha” çimərliyində günəşlənə bilərsiniz”, – Sousa deyir.

“Yaxud Lençois Maranhensesin ağ qum təpələri, ya Ilha Grandenin vəhşi təbiəti kimi unikal mənzərələri seyr etməyi seçə bilərsiniz”.

Rio-de-Janeyronun əyləncə sevərləri gecələrini samba barlarında rəqs edərək başa vura bilərlər. Əyləncə sevənlər burada darıxmazlar.

“Bizim imperial dövrlərdənqalma çimərliklərimiz, qədim şəhərimiz, meşəmiz və memoriallarımız var. Gecələr Lapa məhəllələrində yerləşən çoxsaylı hip-hop, samba və ya xalq musiqisi barlarında əylənmək mümkündür”.

 İTALİYA

69a158ac17524ce598de611ccfac3c06 - Macəra üçün dünyanın ən yaxşı 5 ölkəsi

Ola bilsin ki, İtaliya öz mətbəxi, incəsənəti və memarlığı ilə daha məşhurdur. Lakin ölkə, mənzərə kateqoriyası üzrə macəra baxımından ən yüksək yeri tutur.

“Əslən Siciliyada yerləşən Kataniyadanam və orada dərin mavi dənizdə üzəndən bir neçə saat sonra, Avropanın ən hündür aktiv vulkanına dırmana bilərsiniz”, “Kimkim” adlı səyahət startapın səyahət mütəxəssisi italiyalı Giorgia Carraffa belə deyir.

Etna dağına dırmanmaq hər nə qədər həyəcanlı olsa da, yerlilər ölkədəki başqa mədəni təcrübələrə üstünlük verirlər.

“Bir kənddən digərinə, bir vadidən digər təpəyə mədəniyyətlər dəyişir, təamlar fərqlənir və hətta dil də başqa cür ola bilir”, – “Inspire Italy” adlı tur şirkətinin direktoru Tim Hudsonun fikridir.

toskana - Macəra üçün dünyanın ən yaxşı 5 ölkəsi

Dəyişkən landşaft da əyləncə üçün böyük imkanlar yaradır. Qışda Hudson Dolomit dağlarına xizək turları təşkil edir. Mülayim havalarda isə Toskaniya boyunca velosiped sürərək mənzərədən həzz almaq olar.

 İSPANİYA

image - Macəra üçün dünyanın ən yaxşı 5 ölkəsi

Yerlilər deyirlər ki, İspaniya həmişə qonşuluqdakı küçə qədər yaxındır.

“İspaniyada ləzzət aldığımız ən yaxşı şey küçə həyatı və məclislərdir”, – Valensiyada yaşayan və “GuruWalk” adlı gəzinti turları təşkil edən şirkətin sahibi Juan Castillo deyir.

“Hər gün işdən sonra evə yox, nə isə içmək üçün yoldaşlarınla görüşə gedirsən. Bunun üçün Valensiyada ən yaxşı yerlər liman ərazisi və ya Russafa məhəlləsi sayılır. İnsanlar çox zarafatcıldırlar. Həyatdan bacardığımız qədər həzz alırıq və buraya gələn xaricilər də çox keçmədən eyni təsirə düşürlər”.

İspaniya sakinləri üçün ən mühüm şey hansı macəranın onlara uyğun olmasını seçməkdir: qışı sevirsənsə, üzü dağlarla əhatələnmiş və mərkəzdən bir saatlıq məsafə aralı yerləşən üç xizək mərkəzinin olduğu Madridə yol al. İsti hava aşiqləri isə Barselona sahillərini seçə bilərlər.

“Buranın [Barselona] havası əladır”, – əslən Çilidən olan və “Barcelona Eat Local”ın təsisçisi Andre Arriaza belə deyir.

spain 1 960x750 - Macəra üçün dünyanın ən yaxşı 5 ölkəsi

“İlboyu günəş var və ağır qış çəkmələri heç adamın yadına düşmür”.

Madridin soyuq qışına rəğmən, mərkəzi mövqeyi hər yerə rahatlıqla getməyə imkan verir.

“Bir neçə saat maşın və ya yüksək sürətli qatar səyahəti ilə Avropanın ən gözəl sahillərinə çatmaq olar”, – əslən britaniyalı və “The Travel Blogs”un yaradıcısı Matt Hullandın fikridir.

Bask regionunun Şimal sahili sörf idmanı ilə məşhurdur, xüsusilə də “Zarautz” və “San Sebastian”. Cənub region Əndəlus (Andalusia) isə qaya dırmanma və velosipedçiləri ilə tanınır.

 TAİLAND

1457160479318038 - Macəra üçün dünyanın ən yaxşı 5 ölkəsi

Həm mənzərə, həm də əyləncə üzrə yüksək xal qazanan Tailand, ölkə boyu hiss olunan macəra atmosferi ilə hər kəsi cəlb edir. Tailandın cənub-şərq sahilində doğulub, böyüyən, hazırda isə Los Angeles-də yaşayan Miriam Hershman belə deyir. Əlavə edir ki, bunu daha çox “Koh Phagan” adasında hiss etmək olur.

“Koh Phagan” adası hər il təşkil olunan “Full Moon Party”ə (Bədirlənmiş Ay Məclisi) ev sahibliyi edir. Bu çimərlik partisi gün doğana qədər davam edir:

“On minlərlə insan dünyanın hər tərəfindən “Full Moon Party”də iştirak etmək üçün buraya axışır. Bu çimərlik partisi gün doğana qədər davam edir”, – o deyir.

Lakin tamamilə fərqli bir qrup insan isə adaya davamlı olaraq yoqa, istirahət, oruc tutmaq və meditasiya üçün üz tutur.

“Adanı unikal və maraqlı edən şey, gənclərin əyləncə marağı ilə sağlam həyat aşiqləri arasındakı təzaddır. Ada dinclik bəxş etdiyi qədər, həm də macəra ilə doldur.

Fərqi təamlar sevən insanlar da Tailanddan həzz alacaqlar.

laab moo salad - Macəra üçün dünyanın ən yaxşı 5 ölkəsi

“Tailandlılar şimali amerikalıların öyrəşmədiyi güclü yemək mədəniyyətinə malikdirlər. Biz əhvalımızdan asılı olaraq, istədiyimiz şeyi günün istənilən vaxtı yeyə bilərik”, – “Interpid Travel” şirkətində idarəetmə meneceri işləyən və Banqkokda yaşayan Çivan Suvannapak belə deyir.

“Səhər yeməyinə mən çili tozlu əriştə şorbası yeyə, axşam yeməyinə isə acılı papaya salatı ilə kifayətlənə bilərəm. Yeməyi biz barmaqlarımız və mədəmizlə yeyirik”.

Onun ən sevdiyi yeməklərə sarımsaqlı balıq qızartması, lab moo (qıyma donuz əti salatı) və toyuq və ya mal əti ilə yeyilən ənənəvi şimali Tailand yeməyi sarı buğdadan hazırlanmış əriştə kao soy daxildir.

Daha çox ənənəvi adrenalin artıran macəra üçün yerlilər Mae Taeng çayı üzərində yerləşən “Chiang Mai”də sal üzmə və ya “Doi Inthahon” Milli Parkındakı şəlaləyə dırmanma ilə məşğul ola bilərlər.

 YUNANISTAN

milos - Macəra üçün dünyanın ən yaxşı 5 ölkəsi

Mənzərə və iqlim üzrə yüksək xal götürən Yunanıstan Aralıq dənizi suları ilə dəniz sevərlər üçün əla seçimdir.

“Buradakı su yaxşıların yaxşısıdır”, – əslən ABŞ-lı olan, hazırda Evia adasında yaşayan və “The Olive Odysseys” adlı kiçik qrup turu şirkətinin rəhbəri Patricia Hajifotiou deyir.

“Yunan həkimlər xəstələrinə üzmək məsləhət bilirlər və hər birimiz yayda neçə dəfə üzdüyümüzün siyahısını tuturuq. Birinci sağlamlıq gəlir: günəş, dəridəki minerallar və hərəkət”.

Cyclades ətrafında yelkənli qayıqla və kayakla üzmə çox məşhurdur. Zevs dağı və Cyclades-in Naxos adasında ən hündür zirvəsi və Santorininin vulkanik kalderasındakı qayalara dırmaşmaq isə dağ sevərlər üçün əvəzedilməz ola bilər.

Yarımadanın əsas hissəsi də adalardan heç də geri qalmır.

“Akropolu şəhər mərkəzindən görmək və ya Vouliagmeni və Varkiza arasındakı limanakiaların (kiçik limanlar) yanında keçərkən mavi dənizi seyr etmək çox gözəldir”, – 2008-ci ildə Afinada lüks tur şirkəti “Travelive”ı təsis edən amerikalı Mina Agnos deyir.

“Məni hər gün sevindirən şeylər bunlardır”.

Afinada yerləşən “Panatinaikos” stadionunun eramızdan əvvəl 6-cı əsrdə inşa olunduğu deyilir.

where to stay in athens Panathanaic Stadium - Macəra üçün dünyanın ən yaxşı 5 ölkəsi

İlk (və onlarla) Olimpiadaya ev sahibliyi edən Afinanın “Panatinaikos” stadionu dünyanın yeganə mərmər stadionudur və onun eramızdan əvvəl 6-cı əsrdə inşa olunduğu deyilir. Yerlilər və ziyarətçilər günə enerjili davam etmək üçün stadionda səhər 8-in yarısından 9-a qədər təşkil olunan qaçışa qoşula bilərlər.

Daha tənbəl sakinlər üçün də qəfil sosial macəralar az deyil.

“Bir neçə nəfərə zəng vurub, az sonra nə edəcəyinizi xəbər verin və az keçmədən dondurma almaq üçün dükana sizinlə gedən bir dəstəniz olacaq”, – Hajifotiou belə deyir.

 

Mənbə: Gencaile.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncənin keçmiş Sabir küçəsindən görüntü. 19-cu əsrin arxivindən fotosənəd.

Redaktor seçimi

SON XƏBƏRLƏR