Slimfit
  1. SİYASƏT

Macarıstanlı nazir Azərbaycan hərbçilərinin şəhid olması ilə bağlı İlham Əliyevə başsağlığı verib

Macarıstanlı nazir Azərbaycan hərbçilərinin şəhid olması ilə bağlı İlham Əliyevə başsağlığı verib
Sakura

Macarıstanlı nazir Azərbaycan hərbçilərinin şəhid olması ilə bağlı İlham Əliyevə başsağlığı verib

Azərbaycanda səfərdə olan Macarıstanın iqtisadi inkişaf naziri Marton Nad dünən Azərbaycan hərbçilərinin şəhid olması ilə bağlı Prezident İlham Əliyevə başsağlığı verib.

"Ens.az" “Report”a istinadla  xəbər verir ki,o, başsağlığını bu gün Prezident İlham Əliyevin qəbulunda olarkən çatdırıb.

Macarıstanın iqtisadi inkişaf naziri ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyini bildirərək sülh və danışıqlara alternativin olmadığını vurğulayıb.

Qeyd edək ki, martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar.

Bundan əlavə, Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Kamran Namiz oğlu martın 4-də xidməti vəzifələrini yerinə yetirərkən ermənilər tərəfindən basdırılmış minaya düşərək həlak olub.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Jeledən Tetris

Redaktor seçimi

SON XƏBƏRLƏR