Dərc edildi: Baxış sayı: 651
Macarıstanda dörd və daha çox uşağı olan ailələr gəlir vergisindən ömürlük azad ediləcəklər
Macarıstanda dörd və daha çox uşağı olan ailələr gəlir vergisindən ömürlük azad ediləcəklər.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban bildirib. Baş nazir bu addımın ölkədə əhalinin sayını artırmağa xidmət etdiyini bildirib. Qeyd edib ki, Macarıstan hökuməti, bundan əlavə, çoxuşaqlı ailələrə bir çox güzəştlərin nəzərdə tutulduğu tədbirlər paketi də hazırlayıb.
Hazırda Macarıstanda əhalinin sayı hər il 32 min nəfər azalır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət