Slimfit
  1. DÜNYA

Macarıstan sərhədləri yenidən bağlayır

Macarıstan sərhədləri yenidən bağlayır
Sakura

Macarıstan sərhədləri yenidən bağlayır

Budapeşt koronavirus pandemiyası ilə əlaqədar yeni məhdudiyyətlərin tətbiq olunmasını elan edib.

Ens.Az AZƏRTAC-a istinadən bildirir ki, Baş Nazirin dəftərxana ofisinin rəhbəri Gergey Quyaş bunun "Avropada ikinci koronavirus dalğasının güclənməsi" ilə əlaqədar olduğunu söyləyib. Onun sözlərinə görə, hətta bugünkü COVID-19-a yoluxanların nisbətən yüksək rəqəmləri hələ o dərəcədə həyəcanverici sayıla bilməz, çünki epidemiya yayılmaqda davam edir. Koronavirus infeksiyası daha çox xaricdən yayılır və ən böyük risk onun iqtisadiyyat, iş yerləri və tədris ilinin başlanması üçün yaratdığı təhlükədir.

Gergey Quyaş bildirib ki, operativ qrup, həmçinin sərhəd keçidinə dair tövsiyələrini verib. Macarıstan pandemiyanın birinci dalğasında tətbiq olunmuş qaydalarına qayıdır. Bu aydan etibarən əcnəbilər Macarıstana yalnız "zəruri hallarda" daxil ola biləcək. Xaricdən gələn Macarıstan vətəndaşları üçün 14 günlük ev karantini və ya iki mənfi koronavirus testi məcburi olacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan qadınları, Şuşa, Qarabağ, 1920

Redaktor seçimi

SON XƏBƏRLƏR