Slimfit
  1. CƏMİYYƏT

Maaşınızdan bu qədər pul tutulduğunu bilirdiniz?

Maaşınızdan bu qədər pul tutulduğunu bilirdiniz?
Sakura

Maaşınızdan bu qədər pul tutulduğunu bilirdiniz?

Bir çox vətəndaş aldığı əməkhaqqının kartına köçürülən məbləğdən ibarət olduğunu hesab edir. Hərçənd ki, əməkhaqqından icbari və könüllü tutulmalar olur. Hər bir halda, vəzifə maaşının məbləği əmək müqaviləsində göstərilir.    

Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, qanunvericiliyə görə, əməkhaqqından aşağıda göstərilən icbari tutulmalar olur:

- gəlir vergisi;

- məcburi dövlət sosial sığorta haqqı;

- işsizlikdən sığorta haqqı;

- icbari tibbi sığorta haqqı.

Hazırda əməkhaqqından gəlir vergisi əsasən dövlət sektoru və neft-qaz sahəsində əmək müqaviləsi əsasında çalışanlara aiddir. Gəlir vergisi 14 faiz dərəcəsi ilə tətbiq edilir. Əməkhaqqı 2500 manatdan çox olduqda isə bu həddən yuxarı hissədən 14 faiz yox, 25 faiz vergi tutulur. Fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat, illik gəliri 30 000 manatadək olduqda, 2400 manat məbləğində olan hissəsi gəlir vergisindən azaddır. 

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda 8000 manatadək olan əməkhaqları vergidən azaddırlar (2026-cı ilin yanvarın 1-dək). Bu həddən yuxarı olduqda isə yuxarı olan məbləğin 14 faizi vergiyə cəlb olunur. 

Həmçinin məcburi dövlət sosial sığorta haqqı dövlət sektorunda çalışanlar üçün əməkhaqqının 3 faizi miqdarında, özəl sektordakılar üçün isə maaşın 200 manata qədər hissəsinin 3 faizi, yerdəqalan hissəsinin 10 faizi qədərdir.  

İşsizlikdən sığorta haqqı isə işləyənlər üçün əməkhaqqının 0,5 faizi həcmindədir.

İcbari tibbi sığorta haqqının məbləğinə gəlincə bu, işçilər üçün əməkhaqqının 8000 manata qədərinin 2 faizi, bu həddə yuxarı olan hissəsinin isə 0,5 faizidir.  

Məsələn, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda işləyən şəxsin vəzifə maaşı 1000 manatdır. Bu halda ondan gəlir vergisi tutulmur. Məcburi dövlət sosial sığorta haqqı 1000 manat əməkhaqqının 200 manatadək hissəsinə görə 3 faiz, 200 manatdan yuxarı hissə üçün isə 10 faizi, ümumilikdə 86 manat təşkil edəcək. İşsizlikdən sığorta haqqı 5 manat, icbari tibbi sığorta haqqı isə 20 manat olacaq.  

(200 x 3%)+(800 x 10%)= 86 

1000 x 0,5% = 5

1000 x 2% = 20 

1000 - (86+5+20) =889  

Deməli, qeyd olunan şəxsin vəzifə maaşı 1000 manatdırsa, sonda ona bu məbləğin 889 manatı çatacaq. 

Əgər, şəxsin vəzifə maaşı 9000 manat olsaydı, tutulmalar bu cür olur:

(8000x0%)+(1000x14%)=140 

(200x3%)+(8800x10%)=886 

9000x0,5%= 45 

(8000x2%)+(1000x0,5%)=165 

Nəticə bu şəxsə 7764 manat əməkhaqqı ödənilir.  

Dövlət sektoru və neft-qaz sahəsində əsas iş yerində əmək müqaviləsi əsasında 1000 manat vəzifə maaşı olan şəxsə gəlincə, hesablama aşağıdakı kimi aparılır:

(200x0%)+(800x14%)=112 manat

1000x3%=30 

1000x0,5%=5 

1000x2%=20

Nəticədə vəzifə maaşı 1000 olan bu şəxsə 833 manat ödəniş olunur. 

Dövlət sektoru və neft-qaz sahəsində əmək müqaviləsi əsasında 9000 manat vəzifə maaşı olan şəxsin isə maaşından aşağıda göstərilən icbari tutulmalar olur:

(2500x14%)+(6500x25%)=1975 

9000x3%=270

9000x0,5%=45 

(1000x0,5%)+ (8000x2%)=165

Beləliklə, dövlət sektoru və neft-qaz sahəsində çalışan və vəzifə maaşı 9000 manat olan şəxsin əməkhaqqısından 2455 manat icbari ödənişlər tutulur. 
Əməkhaqqından digər istiqamətlər üzrə də tutulmalar olur. Buraya həmkarlar ittifaqları, siyasi partiyalara üzvlük haqlarını, müxtəlif fondlara ianələr və digərləri aiddir. Lakin bu ödənişlər könüllü qaydada həyata keçirilir. Bunun üçün işçi işəgötürənə yazılı formada müraciət edərək özünün aylıq əməkhaqqısından müəyyən məbləği tutaraq qeyd olunan istiqamətlərə ödənilməsini xahiş edə bilər.   

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR