Slimfit
  1. DÜNYA

Maas: "Rusiyanın G8-ə qayıtmaq şansı yoxdur"

Maas: "Rusiyanın G8-ə qayıtmaq şansı yoxdur"
Sakura

Maas: "Rusiyanın G8-ə qayıtmaq şansı yoxdur"

"Ukraynadakı böhranla bağlı həll yolu olmadığı müddətcə Rusiyanın yenidən sənaye ölkələri cəmiyyətinə qatılma şansı yoxdur".

Ens.az Qaynarinfo.az-a istinadən xəbər verir ki,bunu Almaniyanın xarici işlər naziri Hayko Maas ABŞ Prezidenti Donald Trampın Rusiyanın yenidən G8 ölkələri arasına alınması barədə çağırışına münasibət bildirərkən deyib. Bildirib ki, hazırkı vəziyyətdə bu, mümkün deyil.

Maas verdiyi açıqlamada Rusiyanın Ukrayna böhranının həlli istiqamətində üzərinə düşən öhdəlikləri yerinə yetirməli olduğunu, lakin hazırda prosesin çox ləng irəlilədiyini dilə gətirib.

"Rusiyanın G8 ölkələri arasından xaric edilməsinin səbəbi Krımın ilhaqı və Şərqi Ukraynaya müdaxilə etməsidir. Bu istiqamətdə həll yolu olmadığı müddətcə bir şans görmürəm", - deyə Maas bildirib.

Qeyd edək ki, hazırda ABŞ-ın sədrlik etdiyi G7 qrupunda Almaniya, Fransa, Böyük Britaniya, İtaliya, Kanada və Yaponiya var. Rusiya 2014-cü ildə qrupdan xaric edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayev tələbələri arasında

Redaktor seçimi

SON XƏBƏRLƏR