Dərc edildi: Baxış sayı: 564
Maarif Soltan - Xaqani dərdlidir arvad əlindən
Xaqani dərdlidir arvad əlindən,
Bu aləm bir dərdli könülə dəyməz.
Qürbətdə bir arvad aldı ki, onun,
Yüz nazı bir anlıq müşkülə dəyməz.
Birinci arvada dəyməz sonrakı,
Yüz qarğa bir gözəl bülbülə dəyməz.
Dünyaya dəyəni torpağa döndü,
Birini aldı ki, heç gülə dəyməz.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət