Dərc edildi: Baxış sayı: 512
Maarif Soltan - Mən o Xaqaniyəm ki, bu dünyanı
Mən o Xaqaniyəm ki, bu dünyanı,
Gözəl dərk etmişəm fərasətimlə.
Mən mərdi, namərdi bir məhək kimi,
Tanıtdım dünyaya öz qüdrətimlə.
Nakəsdən görmədim mən bir yaxşılıq,
Yoxladım mən bunu sədaqətimlə.
Pislərin əlindən yaxşılıq gəlməz,
Mən pislik etmərəm öz hümmətimlə.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət