Dərc edildi: Baxış sayı: 542
Maarif Soltan - Hər kimi qudurtsa dövləti, varı
Hər kimi qudurtsa dövləti, varı,
Axırda rast gələr min fəlakətə.
Kül olsun başına elə dövlətin,
Ki, salar sahibin dərdə, möhnətə.
Afərin deyərəm o dövlətə ki,
Sərf olar həmişə xalqa xidmətə.
Külək səpələrsə göyə torpağı,
Yenə də döndərər yerdə nemətə.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət