Dərc edildi: Baxış sayı: 646
Maarif Soltan - Çoxdan vardı ürəyimdə Xorasanın arzusu
Çoxdan vardı ürəyimdə Xorasanın arzusu,
Reydə ikən arzulardım: yerim olsun Xorasan.
Rey valisi kəsdi mənim diləyimin yolunu,
Bəndə saldı istəyimi, etdi məni pərişan.
Çəlaləddin! Mən bu addan çox şikayət edərdim,
Nə edim ki, utanıram öz xeyirxah oğlundan.
O çox fəsad törətmişdir, ocaqları dağıtmış,
Xeyri de o, qəlbim kimi məhv etmişdir hər zaman.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət