Lyambliyoz — nazik bağırsaqda, bəzən isə öd kisəsində parazitlik edən lyamblyalar tərəfindən törədilən…
Haqqında
Çirkli sulardan istifadə хüsusilə uşaqlar arasında lyambliyozun geniş yayılmasına gətirib çıхarıb. Tərəvəzlər də əsas parazit keçiriciləridir. Bu zaman qəbul olunan qida vasitəsilə parazit lyamblya qurdları orqanizmə daxil olur. Lyambliyoz uşaqların sağlamlığına böyük ziyan vurur. Lyamblioz-geniş yayılmış xəstəlikdir və birhüceyrəli heyvanlar ailəsindən olan mikroorqanizmlər- Protozoe Giardia Lamblia tərəfindən törənir. Xəstəlik lyamblilərin nazik bağırsağı və qaraciyəri zədələməsi ilə baş verir. İnsanda lyamblilərin bir növü- L.intestinalis parazitlik edir.
Mənbələri
Lyambliozun əsas mənbəyi xəstə insandır. Bununla belə müəyyən edilmişdir ki, lyamblilər it, pişik və siçanabənzər gəmiricilərin orqanizmində də parazitlik edir. Lyamblilərin sistaları (sista bəzi ibtidai orqanizmlərdə xarici təsirdən qorunmaq üçün üst qişa, pərdə deməkdir) kranddan axan xlorlu suda, çirklənmiş su hövzələrində aşkar edilir. Lyamblioz xəstəliyinə yoluxmaq üçün mədə şirəsinin turşuluq səviyyəsinin aşağı düşməsi və cəmi 10 lyambli sistası udmaq kifayət edir.
Yoluxma yolları
Xəstəliyin törədiciləri orqanizmə ağızdan keçir. Lyambliozla yoluxmanın əsas üç yolu vardır: su, təmas və qida. Çox zaman yoluxma su kəmərindən axan yaxşı təmizlənməmiş su, yaxud açıq su hövzələrindən istifadə edərkən baş verir. Məişətlə ünsiyyət yolu zamanı lyambliozla yoluxma gündəlik həyatda işlənən əşyalar: alt geyimləri, oyuncaqlar, qab-qacaq vasitəsilə baş verir. Həmçinin uşaqlarda dırnaqları, qələmləri, karandaşları dişləmək kimi zərərli vərdişlər demək olar ki, 100% lyambliada aşkar olunur. Yoluxma sistalarla yoluxmuş, xüsusilə termiki emal olunmuş qida məhsullarından (tərəvəz, giləmeyvələr, meyvələr) istifadə zamanı da baş verə bilər.
Simptomları
İnkubasiya dövrü 10-15 gün davam edir. Parazitlər yoluxmadan 9 gün sonra görünməyə başlayır. Xəstələrin ümumi hissetmə qabiliyyəti yaxşı, bədən temperaturu normal olur. Onlar mədə bulanması, iştahanın azalması, bəzən qarında qurultu, eyni zamanda qarnın yuxarı hissələrində narahatlıqdan şikayətlənirlər. Bəzi xəstələrdə duru, su halında ishal, bədən kütləsinin hədsiz azalması müşahidə olunur. Bir neçə gündən sonra bütün simptomlar tədricən yox olur. Vegetativ formada lyambli sistalarının duru nəcisdə, yaxud adi nəcisdə aşkar edilməsi lyamblioz xəstəliyinə yoluxmaya sübutdur.
Formaları
İnsan orqanizmində lyamblilər 2 formada mövcud olur. Vegetativ forma- lyamblilər əsasən nazik bağırsağın yuxarı hissələrində olur. Burda onlar parçalanmış, xüsusilə karbohidrogenli qida məhsulları ilə qidalanırlar. Yoğun bağırsağa düşməklə lyamblilər sistalara (sporlu forma) çevrilir və nəcislə ifraz olunur. Sista nədir? Sista- üzəri möhkəm qişa ilə örtülmüş kapsul formasında olan mikrobdur. Bu qişa onun özünə zərər vermədən xarici aləmin müxtəlif təsirlərini daşımağa imkan verir. Sistalar turşulara, qələvilərə, aktiv xlorlu maddələrə qarşı davamlıdır. Sistalar rütubətıi şəraitdə, kölgədə 70 gün, torpaqda 9-12 gün, rütubət az olan yerdə 4-5 gün həyat fəaliyyətini saxlaya bilir. Onları yalnız qaynatma üsulu ilə tam zərərsizləşdirmək olar. Yaşlı insanlar sutkada 18 milyarda qədər sista ifraz edə bilir. Sitaların ifraz edilməsi hər 10-20 gündən bir baş verir. Ağır invaziya (parazitlərdən yoluxucu xəstəlik tutması) formasında lyamblioz mötəbər kliniki simptomlarla gəlir, kəskin, ya da xroniki vəziyyət alır.
Diaqnostika metodları
Lyambliozun laboratoriya şəraitində ən əlverişli diaqnostikası korpoloji tədqiqatı (nəcisin tədqiq edilməsi) metodudur. Amma qeyd etmək lazımdır ki, lyambli sistalarını nəcisdə aşkar etmək hər zaman mümkün olmur. Bundan başqa, yaxşı olar ki, onun duodenal araşdırılması aparılsın. Eləcə də yoluxmadan 2-4 həftə sonra qanda spesifik anticisimlər (anticisimlər-orqanizmə yad zülallar, bakteriyalar, onların zəhərlərini və s. daxil etdikdə əmələ gətirdiyi maddələr)aşkar edildikdə lyambliozun seroloji diaqnostikası aparılır.
Müalicə
Xroniki lyamblioz- müalicəni yoluxma əleyhinə preparatlarla başlamaq məqsədəuyğun deyil, çünki bu, toksiki-allergik ağırlaşmalara və xəstəliyin kliniki simptomlarının kəskinləşməsinə gətirir. Belə hallarda müalicə üç mərhələdə aparılır:
- Birinci mərhələ- toksikozun ləğv olunması, bağırsağın ferment aktivliyinin yaxşılaşdırılması, immun statusunun korreksiyası. Xəstəliyinin simptomlarının mötəbərliyindən asılı olaraq 1-ci mərhələ 1-2 həftə davam edir və aşağıdakıları daxil edir:
-lyamblilərin çoxlamasına əngəl yaradan diyeta (sıyıqlar, quru meyvələr, tərəvəzlər, bitki yağları)
-karbohidrogenlərdən istifadənin məhdudlaşdırılması
-ödqovucu preparatların qəbulu
-ferment terapiyası (kiloqramların nəticələrinə görə)
-antihistamin preparatları
- İkinci mərhələ-parazitlərə qarşı birhüceyrəlilərə təsir göstrən preparatlarla terapiya: trixopol, furazolidon, tiberal. Antihistamin preparatları və enterosorbentlərin qəbulu lyamblioz əleyhinə terapiya boyunca davam etdirilir.
- Üçüncü mərhələ-orqanizmin müdafiə qabiliyyətinin yüksəldilməsi və lyamblilərin bağırsaqda və öd kisəsində çoxlamasına əngəl törədən şəraitin yaradılması. Bunun üçün bağırsağın peristaltikasını yaxşılaşdıran diyeta (müxtəlif yarma sıyıqları, tərəvəz və meyvə püreləri, bişmiş almalar, tər meyvə və tərəvəz, süd məhsulları) təyin edilir. İmmun sistemin korreksiyası məqsədilə bitki adaptogenləri, polivitamin kompleksləri tövsiyəedilir. Üçüncü mərhələ 2-3 həftə davam edir.
Kəskin lyamblioz-parazitə qarşı birmərhələli müalicə kursundan istifadə etmək olar.
Profilaktika və müalicəsi
Lyambliozun profilaktikası üçün lazımdır:
- -yalnız qaynanmış, yaxud su kəmərindən axan filtrlənmiş sudan istifadə etmək
- -uşaqlar üçün təşkil olunmuş qapalı kollektivlərdə ildə iki dəfə işçi heyətinin və uşaqların müayinəsini həyata keçirmək
- -lyambli sistaları ayırd edilən şəxslər aşkar edildikdə ailənin bütün üzvlərini sağlam vəziyyətə gətirmək
- -ev heyvanları saxlayan insanların müntəzəm olaraq antihelmint vasitələrlə təmizlənməsi (ən azı, yarım ildə bir dəfə həblər)
- -yoluxma yollarını yaddan çıxarmamaq və cidd-cəhdlə gigiyenik qaydalara riayət etmək
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət